BP özünün Azərbaycanda əsas neft və qaz müqavillərindəki tərəfdaşları adından bu gün Bakıda 2007 Azərbaycan Neft-qaz ixtisaslı Məzunlar üçün Təqaüd Proqramını elan etdi. Bu proqram 2008-2009-cu təhsil ilində beş nəfərədək Azərbaycan vətəndaşı üçün ABŞ-da və Türkiyədə geologiya, geofizika, neft mühəndisliyi və neftçıxarma texnologiyası üzrə maqistr təhsili almağa imkan verəcəkdir.
Bu proqrama 2001-ci ildən bəri öz tərəfdaşları adından BP şirkəti rəhbərlik edir və proqramın bir hissəsi kimi neft və qaz sahəsində maqistr təhsili almaq üçün nüfuzlu beynəlxalq universitetlərə bu günədək 32 nəfər azərbaycanlı göndərilmişdir.
Məzunların təqaüd proqramı üçün seçki prosesi bir neçə mərhələdən ibarətdir və oraya namizədlərin münasibliyini müəyyən etmək üçün ərizələrin nəzərdən keçirilməsi, ingilis dili üzrə ilkin sınaq və finalçıların yekun siyahısının hazırlanması daxildir. Finalçılar daha sonra TOEFL (xarici dil kimi ingilis dili sınağı) və GRE (məzunlar üçün yazılı imtahan) üzrə imtahan verirlər və bundan sonra BP təmsilçiləri ilə müsahibədən fərdi müsahibədən keçirlər.
SƏTƏM və texniki məsələlər üzrə vitse-prezident Qreq Mattson deyir: “Məzunlar üçün bu illik təqaüd proqramının məqsədi istedadlı gənc azərbaycanlıların ABŞ-da və Türkiyədə maqistr təhsili almağa imkan yaratmaqla Azərbaycanda iqtisadi və sosial inkişafı irəlilətməkdir. Bu, onlara Azərbaycana qayıtdıqdan sonra öz ölkəsiinin çiçəklənməsinə və davamlı inkişafına xidmət göstərmək üçn gözəl bir imkan yaradır.”
Redaktorlar üçün qeyd:
Bu təşəbbüsün və buna bənzər layihələrin hərəkətverici qüvvəsi Azərbaycanın davamlı inkişafı ilə əlaqədar BP və onun tərəfdaşlarının öz üzərlərinə götürdükləri öhdəlikdir. BP və onun tərəfdaşları eləcə də Regional İnkişaf Təşəbbüsü, İctimai Sərmayə Proqramları və təhsilə sponsorluq vasitəsilə ölkəyə öz iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməyə kömək etmək məqsədi ilə qeyri-neft sektorunu fəallaşdırmaq və Azərbaycanın hər yerində sahibkarlığın inkişafına dəstək vermək üçün bir sıra təşəbbüslər işləyib hazırlamaq üzərində çalışırlar.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57