BP şirkəti bu gün Bakı şəhərində öz tərəfdaşları adından üçüncü Ən Yaxşı Biznes Mükafatlarının qaliblərini elan etdi. Hər il keçirilən bu tədbirdə BP-nin əməliyyatçısı olduğu neft və qaz layihələrinin uğur qazanmasına öz sahibkarlıq bacarıqları ilə töhfə verən və yerli biznes mühitinə davamlı təsir göstərən qabaqcıl yerli və beynəlxalq şirkətlər və sahibkarlar mükafatlandırılır.
2008-ci il mükafatları bu tədbirdə iştirak edən şirkətlərin sayının artması ilə əlamətdar oldu. Bu ilki tədbirdə həm də ilk dəfə olaraq yeni bir kateqoriya – Ən yaxşı kollektiv iş layihəsi kateqoriyası üzrə mükafat da təqdim olundu. Bu yeni kateqoriya üzrə eyni bir layihədə uğurla birgə çalışan ən yaxşı iş kollektivləri mükafatlandırılır.
Biznes ictimaiyyətinin, hökumət və media nümayəndələrinin iştirak etdiyi mərasimdə BP şirkəti öz tərəfdaşları adından 2008-ci il üçün Ən Yaxşı Biznes mükafatlarını aşağıdakı müəssisələrə və sahibkarlara təqdim etdi:
Mükafatların təqdim olunması mərasimində çıxış edən BP Azərbaycan şirkətinin prezidenti Bill Şreyder dedi: “BP şirkəti özünün Azərbaycanda sağlam və güclü sahibkarlıq mədəniyyəti yaratmaq məqsədini onunla bölüşən və sayı get-gedə artan yerli və beynəlxalq şirkətlərlə birgə işləmək öhdəliyinə sadiqdir.”
Redaktorlar üçün qeydlər:
BP şirkəti Azərbaycanda həyata keçirilən nəhəng neft və qaz işlənməsi və nəqli layihələrinin əməliyyatçısı olaraq, Azərbaycanın davamlı iqtisadi inkişafı ilə əlaqədar üzərinə götürdüyü öhdəliyə sadiqdir. Bu layihələr adından biz Azərbaycanın hər yerində sahibkarlığın inkişafına dəstək vermək və ölkənin öz iqtisadiyyatını çoxsahəli etməsinə kömək etmək üçün bir sıra təşəbbüslər həyata keçiririk. Biz bunları regional inkişaf təşəbbüsümüz, sosial sərmayə proqramlarımız və təhsil sahəsində sponsorluq proqramlarımız vasitəsilə edirik.
Biz öz qarşımıza Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini 2010-cu ilədək ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşuq. Bu məqsədə nail olmaq üçün BP şirkəti yerli kiçik və orta müəssisələrin inkişafına dəstək verməkdən ötrü Bakıda Biznes İnkişaf Mərkəzi açmışdır. Bizim ölkə daxilində yerli Azərbaycan kiçik və orta müəssisələri vasitəsilə birbaşa xərclərimiz 2007-ci ildə 111 milyon dollara bərabər olub. Podratçılarımız vasitəsilə xərclədiyimiz bütün vəsaitin 34%-i ölkə daxilində xərclənmişdir ki, bu da, 2006-cı ildəkinə nisbətən əhəmiyyətli artım deməkdir.
“Ən Yaxşı Biznes Mükafatları” 2006-cı ildə öz tərəfdaşları adından çıxış edən BP şirkəti tərəfindən yerli biznesin inkişafının dəstəklənməsinin bir hissəsi kimi təsis edilmişdir. 2007-ci ilin iyun ayının 22-də BP şirkəti və onun Azərbaycandakı neft və qaz layihələrindəki tərəfdaşları Sahibkarlığın İnkişafı və Təlim Proqramını (SİTP) həyata keçirməyə başlamışlar. Bu proqram yerli sahibkarlığın inkişafına dəstək verən uç illik və çox milyon dollarlıq dəyərə malik bir təşəbbüsdür. Proqram BP şirkətinin Azərbaycanda bağladığı müqavilələr çərçivəsində yerli ehtiyatlardan istifadənin artırılması və bununla da, yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına kömək göstərilməsi istiqamətində həyata keçirdiyi işlərin bir hissəsidir. BP şirkəti öz tərəfdaşlarının adından rəqabətədavamlı tender prosesi əsasında ACDI/VOCA şirkətini SİTP-ni həyata keçirən tərəfdaş kimi seçmişdir.
Bu təşəbbüslərin arxasında dayanan aparıcı qüvvə BP şirkətinin Azərbaycanın davamlı iqtisadi inkişafı üçün götürdüyü öhdəlikdir. Eyni zamanda, BP şirkəti qeyri-neft sektorunu təşviq etmək, Azərbaycanda sahibkarlığın inkişafına dəstək vermək, bizim Regional İnkişaf Təşəbbüsümüz, İctimai Sərmayə Proqramlarımız və təhsilə sponsorluğumuz vasitəsilə ölkə iqtisadiyyatının çoxsahəliliyinə kömək etmək üçün bir sıra başqa təşəbbüslərin də aparıcısıdır.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57