bu gün bp yerli ali təhsil müəssisələrində fənlərarası münasibətlərin və ya fənlərarası inteqrativ tədrisin tətbiqinə yönəlmiş və bu yaxınlarda tamamlanmış bir təhsil layihəsini təqdim etdi. Layihənin əsas məqsədi “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı kitabın hazırlanması və nəşri idi.
Bu kitab Azərbaycanda fəaliyyət göstərən 40-dan çox ali təhsil müəssisəsinin rəhbər işçiləri, müəllim və professorları, doktorantları və magistrantları üçün nəzərdə tutulub.
Fənlərarası termini bir neçə fundamental fənnin və ya ənənəvi tədris sahəsinin metod və özül biliklərini birləşdirərək istifadə edən tədqiqatlara aid edilir. Başqa sözlə, fənlərarası münasibətlər və ya fənlərarası inteqrativ tədris çoxsaylı akademik fənni bir fəaliyyətdə birləşdirir.
Kitabda qlobal problemlərdən irəli gələn mürəkkəbliyin bütün aspektlərini tam dərk etməyə imkan verəcək yeni fənlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Yeni fənlərarası əlaqələr yeni metodologiya əsasında fənlərarası biliklər yaratmaqla formalaşır.
“İnanırıq ki, bu kitabı nəşr etməklə çətin yerli və qlobal problemlərin həlli, eləcə də mürəkkəb mövzuların başa düşülməsi və irəli aparılması üçün intellektual resursların və biliklərin sərhədləri silərək bir araya gətirilməsinin qaçılmazlığını vurğulamış oluruq. Bu cür yanaşma müxtəlif fənləri və təcrübəni bir araya gətirməyə və inteqrasiya olunmuş yeni biliklər yaratmağa imkan verir. Ümid edirik ki, bu, öz növbəsində ümumi təhsil potensialını artırmağa və dəyişən dünyanın problemlərini həll etməyə qadir yüksək keyfiyyətli mütəxəssislər və səriştəli işçi qüvvəsi ilə bazarı təmin etməyə şərait yaradacaq”.
Kitabda yeni biliklərin yaradılması ilə əlaqədar metodoloji çağırışlardan da bəhs edilir, həmçinin yeni biliklərin təhsil strategiyası və siyasətinə, beynəlxalq iqtisadi rəqabətə, əməkdaşlığa və qloballaşmaya təsiri təsvir edilir, eləcə də biliklərin dəyişən mahiyyəti, müxtəlif elm, araşdırma və inkişaf sahələrinin sosial baxımdan tədqiqi, habelə sosial, iqtisadi və texnoloji inkişaf arasındakı qarşılıqlı əlaqə izah edilir.
Kitabın müəllifləri Manuela Harqasner-Delpos, İlqar Orucov və Ruslan Rəhimlidir.
Layihə “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Ümumi dəyəri təxminən 79300 AZN (46658 ABŞ dolları) olan bu layihənin müddəti bir il (2023-cü ilin fevralından 2024-cü ilin fevralına qədər) idi.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2377 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95