Bu gün bp beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.
Bu, bp-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri bir təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.
Bu gün M. F. Axundov adına Milli Kitabxanada yeni beş nəşrin ictimaiyyətə təqdimatı keçirilib.
Bu gün təqdim edlimiş kitablar aşağıdakılardır:
Bu kitablar bp-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.
Dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon AZN-dən (1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğə ümumilikdə 29 kitabın, yəni indiyədək nəşr edilmiş 19, yeni təqdim edilmiş beş və gələn il təqdim ediləcək daha beş dərsliyin xərcləri daxildir.
bp-nin maliyyələşdirdiyi bütün dərsliklərin tam siyahısı (əvvəl dərc edilmiş 19 kitab və yeni təqdim olunmuş beş kitab) və onların hər biri haqqında daha ətraflı məlumatla bu press-relizə əlavə olunmuş materialda tanış ola bilərsiniz.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2353 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
Həmçinin əlavə məlumat üçün:
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95