Bu gün bp ölkənin yüksək ixtisaslı yerli kadrlar yetişdirmək istiqamətindəki səylərinə dəstək olaraq həyata keçirdiyi bir sosial sərmayə layihəsinin nəticələrini elan edib.
Bu təhsil layihəsi bp-nin dünya səviyyəli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsi olaraq seçilib. Layihə çərçivəsində bp aparıcı beynəlxalq universitetlərə hazırlaşmaq üçün 15 istedadlı Azərbaycan gəncinin hazırlıq təlimlərini maliyyələşdirib.
Layihə iştirakçıları bu cür yüksək keyfiyyətli hazırlıq kurslarının xərclərini qarşılamaq imkanı olmayan aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində qrup və fərdi şəkildə təklif olunan 10 aylıq hazırlıq kurslarında iştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlaşıblar.
Layihədə həmçinin iştirakçıların beynəlxalq tələbələr üçün tam təqaüd təklif edən universitetlərlə əlaqə saxlamasına və həmin universitetlərə müraciət etməsinə yardım göstərilib. Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, bp-nin dəstəklədiyi 15 iştirakçıdan 12-i Türkiyənin Koç Universiteti, Niderlandın “Erasmus University Rotterdam”, Belçikanın “Ghent University”, Qlazqo Universiteti, Turin Politexnika Universiteti, Sinqapur Milli Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutu və Toronto Universiteti kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə qəbul olublar.
Layihənin uğurla bitməsi münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir. Universitetlərə artıq qəbul olunmuş gənclərə isə əlavə olaraq bp planşetlər təqdim etmişdir.
'"Nəticələr çox möhtəşəmdir. Biz nüfuzlu beynəlxalq universitetlərdən artıq qəbul təklifi almış istedadlı gənclərlə həqiqətən də fəxr edirik. Bu universitetlərdən bəziləri mükəmməllik göstəricilərinə görə çox yüksək reytinqə sahibdir. Qalan üç iştirakçının da eyni dərəcədə yüksək reytinqli universitetlərdən təklif alacağına ümid edirik, çünki onların da qəbul olmaq şansı yüksəkdir. Bu layihəyə qoşulmaqdan çox məmnunuq, çünki bu, ölkənin parlaq gələcəyini quracaq istedadlı, dünya səviyyəli milli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək olmaq öhdəliyimizi bir daha təsdiqləyir."
Dəyəri 42450 AZN (təxminən $25000) olan bu layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən yerinə yetirilib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2307 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95