bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ONGC Videsh”, “Eni”, “MVM”, “TotalEnergies” və “ITOCHU” – adından Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanması və təbliğinə yönəlmiş növbəti sosial sərmayə layihəsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.
Layihəyə Bakının ən məşhur sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Muzey Mərkəzinin son mərtəbəsində yerləşən sərgi salonunun təmiri, modernizasiyası və immersiv texnologiya ilə yenidən qurulması daxil idi. Modernləşdirilmiş salon indi təsviri sənət əsərlərinin qorunması və yüksək keyfiyyətli nümayişi üçün beynəlxalq standartlara cavab verən müasir, muzey tələblərinə uyğun bir qalereyaya çevrilib.
Layihəyə sərgi məkanının tam modernizasiyasını təmin edən aşağıdakı işlər daxil olub:
Modernləşdirilmiş sərgi məkanı Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 000-dən çox sənət əsərindən ibarət kolleksiyasının daha əlçatan olmasına şərait yaradır. Burada, həmçinin ilk dəfə olaraq, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi dünyaşöhrətli Azərbaycan rəssamlarının nadir əsərləri də daxil olmaqla, geniş çeşiddə təsviri sənət incilərinin daimi nümayişi üçün imkan yaradılıb.
Yenilənmiş zallar sərgi funksiyası ilə yanaşı, tədris, tədqiqat, həmçinin mədəniyyət sahəsində bilik və təcrübə mübadiləsi üçün bir platforma rolunu oynamaqla, ziyarətçilərə müasir və cəlbedici yollarla Azərbaycanın təsviri sənət xəzinəsindən zövq almaq üçün yeni üsullar təqdim edəcək.
Ümumi dəyəri 420 000 AZN (247 000 ABŞ dolları) təşkil edən bu layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 34 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2322 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95