1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz 2 layihəsi çərçivəsində Şimal cinahının beşinci quyusundan hasilat başlandı

Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başladı

Tarix:
22 noyabr 2021-ci il

Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başladı. Bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.


Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.


2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatmışdır. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilmişdir.