Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) məmnuniyyətlə bildirirlər ki, layihə üzrə tikinti işləri Azərbaycanın Cəbrayıl rayonunda qrafikə uyğun şəkildə irəliləyir.
2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə iki əsas müqavilə imzalanıb:
Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə Intec və Complant şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.
Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
“Çox məmnunuq ki, tərəfdaşlarımız SOCAR Green və ABİF ilə birlikdə və digər çoxsaylı maraqlı tərəflərlə əməkdaşlıqda həyata keçirdiyimiz Şəfəq günəş layihəsi uğurla irəliləməkdədir.”
“Torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlanması da bizim üçün sevindirici hadisədir. Hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal olunur. Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb.
"Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik.”
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Redaktorlar üçün qeydlər
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95