1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salındı

Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salındı

Tarix:
30 noyabr 2021-ci il

bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

 

İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş  və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca  təhlükəsiz şəkildə nəql edilmiş 650000 barel xam neft yüklənilmişdir.

 

bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva: “Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir."

 

Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100000 barel təşkil edir.

 

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev: “İstismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr edirik.”

 

AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR” (25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC Videsh Limited (OVL)” (2.31%).


Redaktorlar üçün qeydlər

  • bp AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır.
  • Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa boru kəmərinin inşasına imkan yaradan ilk hökumətlərarası saziş 1996-cı ildə bağlanıb.
  • Bakı-Supsa 1999-cu ildə istismara verilib və bu vaxtadək AÇG yatağından Səngəçal terminalı vasitəsilə Qara dəniz sahillərindəki Supsa neft terminalına 700 milyon barel neft nəql edib.
  • “Agip Piamonte” adlanan ilk tanker Supsa terminalından 1999-cu ilin aprel ayında yola salınıb.
  • Bakı-Supsa boru kəmərinin ümumi uzunluğu 829 km-dir: Azərbaycan hissəsi - 456 km, Gürcüstan hissəsi - 373 km.

 

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: (+994 12) 525 5895