Bu gün bp Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) tam təchiz edilmiş üç yeni laboratoriya açıb. Layihə ölkədə təhsilin inkişafına və innovasiya potensialının artırılmasına bp-nin daha bir əhəmiyyətli töhfəsidir.
Yeni laboratoriyalar bp-nin AMİU-ya daha öncə hədiyyə etdiyi üç laboratoriyaya əlavə olaraq universitetin texniki infrastrukturunun genişləndirilməsinə xidmət edəcək.
Bu təşəbbüs bp-nin yerli universitetlərin tədris və tədqiqat imkanlarının müasirləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsi olmaqla təhsilin keyfiyyətinin artırılmasına və mühəndislik və tikinti sahələrində innovasiyaların təşviqinə yönəlib.
Yeni açılmış laboratoriyalar bunlardır:
“İxtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır. Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, Memarlıq və İnşaat Universitetinin texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.”
Layihənin ümumi dəyəri 170245 AZN-dir (təxminən 100144 ABŞ dolları). Bu məbləğə bütün laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, həmçinin, yeni qurğu və texnologiyalardan səmərəli istifadəni və onlara lazımi texniki xidmətin göstərilməsini təmin etmək üçün universitet heyətinə hərtərəfli təlimin keçilməsi daxildir.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95