Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunur.
BP Şahdəniz qaz kondensat yatağının işlənməsi layihəsinin operatoru kimi elan edir ki, Azərbaycanda Şahdəniz 2 layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunur.
ƏMSSTQ sənədinin asanlıqla əldə edilə bilməsi üçün layihə variantının nüsxələri ictimai yerlərdə, o cümlədən bir sıra kitabxanalarda yerləşdirilib. Bundan əlavə, həmin sənədə tədqiqatların qeyri-texniki aspektlərini əhatə edən qısa xülasə və sənədin ictimaiyyətə təqdim olunduğu müddət ərzində ƏMSSTQ-nin layihə variantına dair rəy və təklifləri qəbul etmək və nəzərə almaq məqsədilə hazırlanmış rəy formaları da əlavə olunub. Sənədin layihə variantı həm Azərbaycan, həm də ingilis dilində BP Azərbaycan şirkətinin veb-saytında da yerləşdirilib: http://www.bp.com/xezer.
ƏMSSTQ sənədində ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti, planlaşdırılan obyektlərin layihəsi, inşası və istismarı, gələcək fəaliyyətlərin proqnozlaşdırılmış təsirləri, həmçinin ətraf mühitə və əhaliyə hər hansı potensial əks təsirlərin qarşısının alınması, minimuma endirilməsi və azaldılması üçün görüləcək tədbirlər təsvir olunur.
BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Tel.: (+994 12) 599 45 57