BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilis-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları bu yaxınlarda Goranboy rayonunda istixana təsərrüfatı yaratmaq məqsədi ilə yeni bir icma layihəsinə başlayıblar. Layihənin əsas məqsədi BTC və CQBK boyunca yaşayan icmaların davamlı iqtisadi inkişaf imkanlarına kömək etməkdir.
Bu layihə boru kəmərləri boyunca yerləşən dörd kəndi və bir qəsəbəni əhatə edəcək. Bunlar Nadirkənd, Cinli Borsunlu, Əzizbəyov, Yolpaq və Qazanbulaq icmalarıdır.
BP-nin Davamlı İnkişaf Təşəbbüsü üzrə meneceri İbrahim İsmayılov deyir: “Bu layihənin həyata keçirilməsi həmin icmalara tərəvəz toxumlarının təchizatı, 27 istixana və müvafiq avadanlıqların təmin olunması da daxil olmaqla çoxsaylı faydalar gətircək. Layihə həmçinin bu təsərrüfatı idarə etmək üçün icma üzvlərinə lazım olan bacarıq və bilikləri də təmin edəcək. Bu məqsədlə istixana tikintisi, istixananın təşkili, bitkilərin becərilməsi, gündəlik işləri idarə etmək və biznes planı işləyib hazırlamaq kimi sahələr üzrə təlimlər keçiriləcək. Təlim kursları həmçinin istixanada yetişdirilmək üçün ən münasib bitki növləri, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə və torpağın gübrələnməsi kimi sahələri də əhatə edəcək.”
Layihədən aşağıdakı nəticələr gözlənilir:
Layihənin ümumi dəyəri 196000 dollardır və bunun 171000 dollardan çoxu BP və onun tərəfdaşlarının payına düşür. Yerdə qalan təxminən 25000 dollar məbləği icmalar özləri ödəyəcək.
Layihə 2010-cu ilin iyun ayında başlayıb və 2011-ci ilin noyabr ayınadək davam edəcək.
Bu layihə 1996-cı ildə təsis edilmiş yerli qeyri-hökumət təşkilatı - Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən həyata keçiriləcək. Bu qeyri-hökumət təşkilatı BP və tərəfdaşlarının BTC və CQBK boru kəmərləri boyunca Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində keçirililmiş müsabiqə əsasında seçilmişdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57