1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şərqi Azəri platformasının üst modulları uğurla dənizə endirilmişdir

Şərqi Azəri platformasının üst modulları uğurla dənizə endirilmişdir

Tarix:
13 Mart 2006

 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məmnunluqla bildirir ki, Şərqi Azəri (ŞA) hasilat, qazma və yaşayış (HQY) platformasının dayaq bloku martın 11-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizə yola salınmışdır və martın 12-də gəmidən uğurla Azəri yatağındakı daimi yerində dayaq tavası üzərinə endirilmişdir.


Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator - 34.1%), Yunokal (10.3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6.8%), Devon (5.6%), İtoçu (3.9%), Amerada Hess (2.7%).

 

ŞA HQY platformasının dayaq bloku BDÖZ obyektləri də daxil olmaqla yerli tikinti infrastrukturundan istifadə edilərək bütövlüklə ölkə daxilində yığılmışdır. Dayaq blokunun ümumi çəkisi 15.000 tondur. Dayaq blokunun hündürlüyü 166 metrdir və o, suyun dərinliyi 152 metr olan yerdə quraşdırılır. Dayaq blokunun 12 payası var və onların ümumi çəkisi 7.500 tondur.

 

Dayaq blokunun daşınması və quraşdırılması prosesində ARDNŞ/Xəzərdənizneftdonanmasının bir neçə gəmisindən, o cümlədən iki əsas quraşdırma gəmisi olan “Azərbaycan” kran barjı və STB-1 daşıma barjından istifadə olunacaq. Quraşdırma işlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” kran barjı əlavə olaraq modernləşdirilmişdir.

 

Dayaq blokunun daşınması əməliyyatına iki güclü yedək gəmisi – “Ayla” və “Cura” gəmiləri ilə dəstək verilmişdir. Bunlar Xəzərdənizneftdonanması/BUE alyansı donanmasından icarəyə götürülmüş eyni tipli gəmilərdir. Bu yedək gəmiləri STB-1 barjının dəniz sahəsinə yedəkdə təhlükəsiz aparılması üçün tələb olunmuşdur, belə ki, küləyin təsiri nəticəsində dayaq blokunun əyilmə ehtimalı böyükdür. Yedək, lövbərbərkitmə, təchizat işləri üçün cəlb olunmuş digər köməkçi gəmilər “Nerça”, “Pasifik Reyder” və “Svetlomor-2” gəmiləridir.

 

Dənizdəki quraşdırma işləri diqqətlə planlaşdırılmışdır və bu i.l’rin tamamlanmasının hava şəraitindən asılı olaraq 45-50 gün çəkəcəyi gözlənilir.

 

Maraqlananlar üçün fotoşəkillər var.

 

Redaktorlar üçün qeydlər:

 

AÇG Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və Azəri-Çıraq-Günəşli müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft ehtiyatı hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonra Azəri Faza 1 Layihəsi – Mərkəzi Azəri 2005-ci ilin əvvəlində hasilatı gəlir. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi Qərbi Azəri və Şərqi Azərini əhatə edir. Qərbi Azəri hasilata 2006-cı ilin əvvəlində başlamışdır, Şərqi Azərinin istismara verilməsi isə 2007-ci ilin əvvəlinə planlaşdırılır. AÇG Faza 3 layihəsi – Dərinsulu Günəşlinin tikinti işləri gedir və onun hasilata başlanması 2008-ci ilə gözlənilir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57