1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanın gələcəyinə yeni sərmayə yatırımı

Azərbaycanın gələcəyinə yeni sərmayə yatırımı

Tarix:
14 Dekabr 2006

 

BP Azərbaycanda çox mühüm yeni bir təqaüd proqramını həyata keçirməyə başlamağını məmnuniyyətlə elan edir. Bu proqram BP-nin Azərbaycanın gələcəyi ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir və yüksək keyfiyyətli təlim və təhsil vasitəsilə Azərbaycanın gənc və istedadlı vətəndaşlarının inkişafına qoyduğumuz sərmayənin davamıdır.

 

Bu təqaüd proqramının məqsədi istedadlı azərbaycanlı məzunlara öz təhsillərini Böyük Britaniyada davam etdirmək imkanı yaratmaqdan ibarətdir. Bura magistr elmi dərəcəsi almaq üçün 2007/2008-ci tədris ilində universitet kursları keçəcək ən azı 10 nəfər stipendiat daxil olacaqdır. Kurslar 2007-ci ilin payızında başlayacaq. Proqram dövlət idarəetmə, bank işi, maliyyə və mühasibat və iqtisadiyyat da daxil olmaqla bir sıra elm sahələrini əhatə edəcəkdir.

 

BP-nin İctimai və Xarici Əlaqələr şöbəsinin direktoru Kler Bebbinqton deyir: “Biz təhsili və təlimi xüsusi diqqət mərkəzində saxlamağa davam edəcəyik və belə təşəbbüsləri maliyyələşdirməyi davam etdirməyi planlaşdırırıq, çünki təcrübəmiz göstərir ki, biz bu sahələrə ən səmərəli və ən davamlı töhfələrimizi verə bilərik.

 

“Biz həm də inanırıq ki, bu proqram Azərbaycanın gənc və istedadlı vətəndaşlarına ölkənin iqtisadi və sosial inkişafına xidmət etmək üçün öz layiqli yerlərini tutmağa imkan yaradacaq və öz xalqına çiçəklənən bir gələcək yaratmağa kömək edəcəkdir. Ümid edirik ki, qərb universitetlərində təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra bu istedadlı gənclər bu ölkədə müsbət dəyişikliklərin hərəkətverici qüvvələri sırasında olacaqlar..”

 

Proqram BP şirkəti adından British Council tərəfindən həyata keçiriləcəkdir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57