BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Bakı regionu üçün İqtisadi İmkanlar Proqramına (İİP) dəstək vermək məqsədi ilə əsas qrantların verilməsini məmnuniyyətlə elan edir. Proqramın məqsədi yüksək keyfiyyətli təlimlər və mikro-kredit imkanlarından istifadədən faydalanma təmin edilməklə sahibkarlığın inkişafına və iş yerlərinin yaradılmasına dəstək verməkdir.
İİP bizim əsas tikinti layihələrimizin başa çatmasından sonra icmalara dəstək vermək üçün nəzərdə tutulmuşdur. Bu proqram BP-nin əməliyyatçısı olduğu obyektlər boyunca və onların ətrafında yerləşən icmalara tikinti mərhələsi dövründə yaradılmış davamlı sosial və iqtisadi imkanları daha da artırır. Bu yeni təşəbbüs Səngəçal terminalından tutmuş Şahdəniz platformasının inşa edildiyi Zığ tikinti-istehsalat sahəsindən o yana olan rayonlaradək “Bakı dəhlizi” boyunca yerləşən icmaları əhatə edəcəkdir.
Proqram Bakının Xətai, Səbail və Qaradağ rayonlarını əhatə edir və ona Səngəçal, Sahil, Şıx, Bibi-Heybət, Bayıl və 20-ci Sahə qəsəbələrin, eləcə də Etimad, Uğur, Ulduz, Nargilə, Həqiqət, Səma, Döğru Yol, İnam, Toxucu və Birlik fərdi icmaları da daxil olmaqla bilavasitə ən azı 17 icma daxildir.
İİP hər biri digərinə dəstək verən və bir-birini tamamlayan dörd layihədən ibarət inteqrasiya edilmiş icma inkişafı mexanizmidir.
Müsabiqəli seçmə prosesindən sonra, ümumi həcmi təxminən bir milyon dollar olan qrantlar proqramın dörd tərkib hissəsinin həyata keçirilməsi üçün aşağıdakı tərəfdaşlara verilmişdir.
Bu proqramların həyata keçirilməsi müddəti bir ildən iki ilədəkdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57