bp şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu gün bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalayıb.
Bu saziş bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanması məqsədilə bp-nin iki milyon dollarlıq sosial sərmayə layihəsinin ADNSU-da həyata keçəcəyini nəzərdə tutur.
Bu, ölkə üçün tamamilə yeni bir təhsil proqramı olacaq və universitetə Azərbaycanın enerji keçidi səylərinə dəstək olacaq və ölkənin yeni enerji erasını irəli aparacaq peşəkar mütəxəssislər hazırlamağa imkan yaradacaq.
“İnanırıq ki, Xəzər regionunun gələcəyi yeni tərəfdaşlıqlara bağlıdır. Bu tərəfdaşlıqlar neft və qaz sahəsindən kənara çıxmaqla bərpa olunan enerji kimi yeni sahələri əhatə etməlidir. Bu gün başladığımız layihə Azərbaycanın yeni enerji erasına rahat keçidinə dəstək olmaq səylərimizi birləşdirmək imkanlarından biridir. Bu universitet proqramı üzrə tədris alacaq mütəxəssislər ölkənin ehtiyac duyacağı yeni bacarıq və biliklərdən istifadə etməklə, ölkənin inşa edəcəyi yeni obyektləri idarə etməklə və bütün dünyanın inkişaf etdirməyə çalışdığı yeni texnologiyaları tətbiq etməklə ölkənin enerji gələcəyinə yol açacaqlar. Bu layihə tamamilə gələcəyə yönəlib. İnanırıq ki, bu gələcək də ötən 30 il ərzində Azərbaycanla qurduğumuz tərəfdaşlıq qədər parlaq olacaq.”
Bu saziş bundan öncə bp ilə Təhsil Nazirliyi arasında yerli universitetlərin birində bir Böyük Britaniya universiteti ilə tərəfdaşlıqda bərpa olunan enerji mənbələri ixtisasları üzrə ail təhsil proqramının yaradılması üçün əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsaslanır. Bu təhsil proqramının neft-qaz mühəndislərinin hazırlanmasında bir əsrdən artıq təcrübəyə malik Azərbaycanın aparıcı universitetlərindən biri olan ADNSU-da yaradılması qərara alınmışdır.
“Bu, Universitetimiz üçün möhtəşəm bir imkandır və biz buna görə çox minnətdarıq. Bu yeni ixtisas vasitəsilə universitetimiz bir əsrdən artıqdır ki təklif etdiyi mühəndislik dərəcələrini genişləndirməcək və təmiz enerji istehsalı texnologiyaları üzrə yeni yaranan sahələri əhatə etməklə ölkəmizin az karbonlu gələcəyinə birbaşa töhfələr verəcək. Bu gələcəyə yönəlmiş proqramı uğurlu etmək üçün bizə tərəfdaş kimi seçiləcək Britaniya universiteti ilə bilik, bacarıq və təcrübələrimizi birləşdirəcəyik.”
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 101 milyon dollar vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2250 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95