BP bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan tərəfdaşlığının müddətini uzatmaq qərarına gəldiyini elan etdi. Tərəfdaşlıq müddəti ərzində BP ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verməyə davam edəcək.
İlkin saziş London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə uzadılıb (2013-cü ildə 2016-cı ilədək və hazırda 2020-ci ilədək). Bu tərəfdaşlıq BP şirkətinə ölkədəki idmanın inkişafına dəstək olmaq istiqamətində Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə sıx işləmək imkanı yaradıb. Bu tərəfdaşlıq çərçivəsində həmçinin bir qrup milli idmançıların Olimpiya və Paralimpiya Oyunları kimi mötəbər beynəlxalq idman yarışlarına hazırlanmasına dəstək göstəriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək.
Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Məmnuniyyətlə elan etmək istəyirik ki, biz 2020-ci ilin sonunadək Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşı olmağa davam edəcəyik. Biz həmçinin BP ailəsinin üzvləri olan idman elçilərimizlə əməkdaşlığın davam etməsindən də məmnunluq duyacağıq. Onlar tərəfdaşlığımızın başladığı andan etibarən bütün mötəbər idman tədbirlərində BP kollektivi üçün və həqiqətən də Azərbaycan xalqı üçün qürur mənbəyi olub. İdman elçilərimiz yarışlara və Azərbaycan üçün medallar qazanmağa hazırlaşdığı müddətdə onlara dəstəyimizi davam etdirəcəyik.
BP növbəti il Azərbaycanda öz fəaliyyətinin 25 illiyini qeyd etməyə hazırlaşır. Buradakı fəaliyyətimiz ərzində biz ölkədəki həyatın bir çox aspektlərində yaxından iştirak etmişik, fəaliyyətimizi təhlükəsiz və səmərəli şəkildə apararaq bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər, icmalar və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar qurmuşuq. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.”
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə dedi: "Çox sevindirici haldır ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesi deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərir. 2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olmuşdur. Beləki, BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, yüzlərlə idmançı, onlarla məşqçi faydalana bilmişdir. 2014-2016-cı illəri əhatə edən və Maykl Consonun birgə iştirakı ilə həyata keçirilən "Elit idmançıların təlim və inkişaf proqramını" xüsusilə vurğulamaq istərdim."
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov dedi: “Biz bilirik ki, BP şirkəti Beynəlxalq Paralimpiya Komitəsi ilə yanaşı, dünyanın 10 ölkəsinin, o cümlədən Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə tərəfdaşdır. Bu humanist addım bizi sevindirir və BP şirkəti ilə rəsmi tərəfdaş olmağımızla qürur duyuruq. Əminəm ki, bu gün rəsmi tərəfdaşlığımızın davam etdirilməsi məqsədi ilə imzalayacağımız sənəd ölkəmizdə paralimpiya hərəkatının daha da sürətlə inkişaf etdirilməsi ilə, növbəti ilin may ayında keçiriləcək "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında paralimpiyaçılarımızın daha da yüksək nəticələr əldə etmələrinə böyük töhfə verəcəkdir.”
Redaktorlar üçün qeydlər:
BP şirkəti Azərbaycanda və Cənubi Xəzər regionunda aparıcı əməliyyatçı şirkətdir. Şirkət 2017-ci ildə Azərbaycanda öz fəaliyyətinin 25 illiyini qeyd edəcək. Bu müddət ərzində BP təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərərək ölkənin dünya səviyyəli layihələrini uğurla həyata keçirib.
BP Azərbaycan qarşısında güclü və uzunmüddətli öhdəliyə malikdir və ölkənin həm iqtisadiyyatına, həm də mədəniyyət sahəsinə töhfə verir. Bu vaxtadək öz tərəfdaşları ilə birlikdə BP Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 63 milyard dollardan artıq sərmayə yatırıb.
BP-nin operatorluğu ilə həyata keçirilən layihələr öz başlıca məqsədlərindən əlavə, həm də yeni iş yerləri açmaqla, gəlir yerləri yaratmaqla, iqtisadi artım üçün imkanlar təmin etməklə, tərəfdaşlıqlar qurmaqla, yerli təchizat zəncirini inkişaf etdirməklə, təhsil və təlim sahəsinə, o cümlədən idman və mədəni irs sahəsinə dəstək olmaqla yerli icmalar üçün çoxsaylı töhfələr verib. Bu fəaliyyətlər Azərbaycan xalqına müsbət istiqamətdə fərqlənmək üçün böyük imkanlar yaradıb.
BP Azərbaycan şirkətinin mətbuat xidməti: 599 45 57
Milli Olimpiya Komitəsinin mətbuat xidməti: 440 28 41
Milli Paralimpiya Komitəsinin mətbuat xidməti: 594 54 33