Quyular üzrə vitse-prezident regionda quyularla bağlı bütün fəaliyyətə cavabdehdir.
Bakı – BP bü gün Cim Kauinin noyabrın 15-dən etibarən Azərbaycanda quyular üzrə vitse-prezident təyin edilməsini təsdiq etdi. Bundan əvvəl bu vəzifəni tutmuş Qari Kristman BP Qrupunun Quyular üzrə İnstitutununa təyinat alıb. Quyular üzrə vitse-prezident regionda quyularla bağlı bütün fəaliyyətə cavabdehdir.
Cim Kaui neft sənayesində 32 illik təcrübəyə malikdir. O, qazma və tamamlama əməliyyatları və mühəndisliyi üzrə ixtisaslaşmaqla rəhbər vəzifələrdə çalışmışdır. Cim quyular üzrə mütəxəssislər arasında nüfuz sahibidir. Onun təcrübəsi yüksək təzyiqli və yüksək temperaturlu mürəkkəb layihələri, həm qazma qurğuları vasitəsilə, həm də platformadan qazılan quyuları əhatə edir. Cim Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcək.
Bundan əlavə, BP onu da təsdiq edir ki, Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis qoşulacaq. Onlar BP-nin dünya üzrə - Alyaska, Şimali Amerika, Şimal Dənizi, Anqola və Misirdəki - biznesindən bir-bir seçilmişlər. Bu mütəxəssislər birlikdə öz üst-üstə təqribən 200 ilə bərabər təcrübələri ilə regiona müstəsna qabiliyyət gətirirlər.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı. Telefon: 994 (0) 12 599 4557