1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP Azərbaycan regionuna terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident təyin edir

BP Azərbaycan regionuna terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident təyin edir

Tarix:
18 oktyabr 2012

Terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident kimi Kreiq Azərbaycanda 2000-dən çox işçidən ibarət böyük bir heyətə rəhbərlik edəcək.

 

Bakı – BP bü gün Kreiq Viqqzin 2013-cü il yanvarın 1-dən etibarən Azərbaycanda terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident təyin edilməsini elan etdi. Bu vəzifədə Kreiq Səngəçal terminalı, həmçinin Azərbaycandan Türkiyə və Gürcüstana gedən bütün ixrac boru kəmərləri üzrə təhlükəsiz və səmərəli əməliyyatlara cavabdeh olacaq.


Kreiq Viqqz neft sənayesində 30 ildən artıq təcrübəyə malikdir. O, ABŞ və digər beynəlxalq ölkələrdə çalışıb. Kreiq qazma, tamamlama, quyulara müdaxilə və hasilat əməliyyatları da daxil olmaqla müxtəlif ixtisas sahələrini əhatə edən quru və dəniz əməliyyatları qruplarına rəhbərlik edib. Onun son iki vəzifəsi Trinidad və Tobaqoda BP-nin əməliyyatlar üzrə vitse-prezidenti və BP-nin şərqi dərinsulu Meksika Körfəzi üzrə biznesində bölüm rəhbəri olmuşdur.

 

 

Terminal və boru kəmərləri əməliyyatları üzrə vitse-prezident kimi Kreiq Azərbaycanda 2000-dən çox işçidən ibarət böyük bir heyətə rəhbərlik edəcək.


Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.

Tel.: 994 (0) 12 599 4557