Bu gün BP öz yaranmasının 100 illiyini qeyd edir - bu şirkətin tarixində əlamətdar bir andır.
1909-cu il aprelin 14-də İranda Məscidi-Süleyman yatağının işlənməsi üçün Anqlo-Fars Neft Şirkəti (Anglo-Persian Oil Company) yaranmışdır ki, bu şirkət də sonralar BP adlandırılıb. Məscidi-Süleyman yatağı tarixən Yaxın Şəqdə ilk kommersiya əhəmiyyətli neft kəşfidir.
Biznesdə 100 illik tarixi olmaq çox əhəmiyyətli bir nailiyyətdir. Bütün bu illər ərzində BP ilkin yol açan ruhu olan bir şirkət olub və indi də belə bir təşkilat olaraq qalmaqdadır. Bizim texnologiyamız və bacarıqlarımız elə çətin işləri öhdəmizə götürmək imkanı verir ki, başqaları bunu ya etmək istəmir, ya da bacarmır.
BP-nin belə uzun müddət uğurla mövcud olması heç də təsadüfi deyil. Şirkət bütün dünyada öz yenilik yaratmaq, hədsiz inam və əzmkarlığı ilə seçilən insanları özündə birləşdirir və bu insanlar da birlikdə dediyini yerinə yetirən, dəyişiklik etmək istəyən, sənayenin sərhədlərini daim ötüb keçən bir şirkəti yaradırlar.
BP-nin nəhəng dəyər və sərvət mirası var və şirkətin bu günkü işi bu potensialı tam reallaşdırmaqdır.
Şirkətin hazırda çox böyük aparıcı gücü var və bu da gələcək üçün əminlik yaradır.
100 il keçdikdən sonra da bizim bu gün və gələcəkdə hamının istifadə edə biləcəyi davamlı enerji ehtiyatları təmin etmək qətiyyətimiz əvvəlki kimi güclüldür.
Keçən bu 100 il ərzində BP dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən çoxmillətli bir şirkətə çevrilmişdir. Bu müddətdə biz çox işlər görmüşük və bu tarixdə BP-nin Azərbaycanla əməkdaşlığı xüsusi bir yer tutur. Neft sənayesində özünün 160 illik qeyri-adi bir tarixi olan Azərbaycanla birgə işləməyimizdən şərəf duyur və bununla fəxr edirik.
On beş il bundan əvvəl BP və Azərbaycan birlikdə yeni bir tarixi mərhələyə daxil oldu. 1994-cü ildə biz Arərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan hökuməti və tərəfdaşlarla birgə işləməklə Azərbaycanın neft sənayesi tarixində yeni bir eranın bünövrəsini qoyduq.
15 il bundan əvvəl müzakirə olunan əsas məqsəd və layihələrin hamısının artıq həyata keçirilmiş olduğunu deməkdən qürur duyuruq. Dəniz platformaları nəzərdə tutulan müddətdə inşa edilmişdir və hasilatla bağlı texnoloji əməliyyatlarımız uğurla davam edir. Dünyanın ən böyük terminalı - Səngəçal terminalı və ixrac boru kəməri sistemlərimizin hamısı səmərəli şəkildə işləməkdədir. Bir vaxtlar əleyhidarları tərəfindən “boru xülyası” adlandırılan BTC bu gün çox gözəl işləyir. Şahdəniz özünün dünya səviyyəli nəhəng bir yataq olduğunu sübut etdi və hələ neçə onilliklər bundan sonra da Azərbaycan xalqının mənafeyinə xidmət edəcəkdir. Biz Azərbaycanın neft və qaz ehtiyatlarının böyük potensialının reallaşmasında xeyli işlər görmüşük. Biz indiyədək Azəri-Çıraq-Günəşli yatağından 1 milyard bareldən artıq neft hasil etmişik və onun yarıdan çoxu BTC vasitəsilə nəql edilmişdir. Bu uğurlar bilavasitə Azərbaycan hökuməti, ARDNŞ və BP arasındakı güclü tərəfdaşlığın nəticəsidir.
Heç şübhəsiz, bunlar gözəl nailiyyətlərdir, lakin bunlara necə nail olunması yolu, bəlkə də, daha gözəldir. Qurğuların hamısı ən yüksək texniki və təhlükəsizlik standartlarına uyğun olaraq və həm tikinti, həm də sonrakı əməliyyatların həyata keçirilməsi mərhələlərində ətraf mühitə təsirin minimuma endirilməsi ön plana çəkilməklə inşa edilmişdir.
Bizə ən yaxın qonşular olan icmaların bizim burada olmağımızdan faydalanmasını təmin etmək üçün çox iş görmüşük. Biz geniş ictimai sərmayə proqramı -məktəblərin və xəstəxanaların təmir edilməsi, nümunəvi fermer təsərrüfatlarının inkişaf etdirilməsi, icmaların özlərinin-özlərinə kömək etməsi üçün onları mikro-malyyə vəsaitləri və bacarıqlarla təmin edilməsi kimi layihələr həyata keçiriririk. Minlərlə iş yerləri yaratmaqla və yerli işçi qüvvəsinə və şirkətlərə yeni vərdiş və bacarıqların ötürülməsi ilə yerli ehtiyatlardan istifadə maksimuma çatdırılmışdır.
Digər böyük bir nailiyyət ondan ibarətdir ki, Azərbaycan 2003-cü ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MSŞT) tam dəstək verdiyini bəyan edən birinci ölkə oldu və elə o vaxt MSŞT üzrə Milli Komissiya yaradıldı. O vaxtdan bəri neft gəlirlərinin idarə edilməsi sahəsində şəffaflıqla bağlı xeyli iş görülmüşdür. Buna görə də heç də təəccüblü deyildir ki, 2008-ci ildə 25 namizəd ölkə arasında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə tam hüquqlu üzv statusu alan birinci ölkə Azərbaycan oldu.
Bunlardan heç biri Azərbaycan hökumətinin rəhbərliyi və dəstəyi olmadan mümkün olmazdı. Bu layihələrin uğuru üçün biz həm də xüsusi olaraq Azərbaycan Dövlət Neft Şirkətinə aramızdakı güclü tərəfdaşlıq münasibətlərinə görə təşəkkürümüzü bildiririk.
Biz bu gün tarixə nəzər salarkən inamla deyə bilərik ki, mərhum Prezident Heydər Əliyev tərəfindən əsası qoyulmuş ideyalar reallığa çevrilib. Biz Azərbaycanın tərəfdaşlıq öhdəliyinə sadiqliyini yüksək dəyərləndirir və özümüz də bu ölkənin enerji sektorunun qarşısına qoyulmuş yeni məqsədlərin həyata keçirilməsini dəstəkləmək və irəli aparmaqda Azərbaycanla birlikdə işləmək əzmindəyik. Bu məqsədlərin həyata keçirilməsinin səmərəliliyi Azərbaycanın regionda karbohidrogen sektorundakı liderliyini saxlayacaq və ölkənin növbəti bir neçə onilliklər ərzində inkişafınının davamlılığını təmin edəcək güclü bir sənaye yaradacaqdır.
Biz Xəzər hövzəsində yeni böyük karbohidrogen ehtiyatlarının axtarışında iştirakımızı davam etdirmək niyyətindəyik. Bu axtarışlar hasilat gəlirlərini saxlamaq, Azərbaycanın mühüm qaz təchizatçısına çevrilmək məramını dəstəkləmək, güclü bir milli neft sənayesinin qurulması istiqamətində yeni işlənmə potensialı təklif edir.
Dünyadakı bir çox ölkələri və şirkətləri əhatə edən bu ciddi iqtisadi eniş vaxtında biz ən böyük investorlardan biri və uzunmüddətli tərəfdaş kimi bir daha Azərbaycanla işləmək niyyətimizi bəyan edirik və bundan sonra da Azərbaycanın inkişaf etmiş bir ölkə olaraq çiçəklənməsi naminə hökumətlə əməkdaşlığımızı davam etdirəcəyik.
İnanırıq ki, bir gün BP-nin Azərbaycanla uğurlu əməkdaşlığının 100 illiyini qeyd edəcəyik.
BP-nin iri neft və qaz istismarı və nəqli layihələrinin operatoru olaraq Azərbaycandakı 15 illik (1994-2009) fəaliyyəti ilə bağlı bütün məlumatı Azərbaycan və ingilis dillərində bizim
www.bp.com/caspian və yalnız ingilis dilində BP-nin mərkəzi saytı olan www.bp.com saytlarında tapa bilərsiniz.
Bundan başqa bizim 100-illik tariximiz adlanan 1 saat 23 dəqiqə və 25 dəqiqə olmaqla iki hissədən ibarət filmimiz də hazırlanıb. Arzu edənlər üçün filmə baxış təşkil edilə bilər.