Hazırda BP qrupunun Apstrim bölümünə rəhbərlik edən Bernard Luni, Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində 2020-ci il 5 fevral tarixindən başlayaraq əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.
Bob Dadli doqquz ildən çox baş icraçı director olmaqla BP-də 40 ildir ki, işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək və sonra 2020-ci il 31 mart tarixindən isə təqaüdə çıxacaq.
Bu dəyişiklik haqqında BP-nin elanını aşağıdakı linkdə oxuya bilərsiniz: https://www.bp.com/en/global/corporate/news-and-insights/press-releases/bob-dudley-to-retire-to-be-succeeded-by-bernard-looney.html
Azərbaycana səfər proqramı çərçivəsində cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə təqdim olunmuşdur. Həmin görüşdə cənab Dadli Prezident Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırki vəziyyəti və planları barədə məlumat vermiş, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışmışdır. Dadli həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulamışdır.
Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilmişdir.
BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895