1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP və tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təlimi üzrə ikinci məzun buraxılışı

BP və tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təlimi üzrə ikinci məzun buraxılışı

Tarix:
17 fevral 2017
BP və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları bu gün BP və tərəfdaşlarının maliyyələşdirdiyi texniklərin təliminin ikinci məzun buraxılışını qeyd edir. Bu gün Bakıda BP-nin keçirdiyi tədbirdə 47 məzuna sertifikatlar təqdim edilib

 

Bu layihə BP və tərəfdaşlarının Azərbaycanda neft-qaz əməliyyatlarına cəlb edilmiş yerli işçi qüvvəsinin təlimi və inkişafında SOCAR ilə əməkdaşlıq etmək öhdəliyi çərçivəsində həyata keçirilir.

 

Bu öhdəliyin bir hissəsi kimi, BP və tərəfdaşları ötən iki il ərzində yerli icmaların nümayəndələrindən ibarət böyük bir qrupa peşə və texniki təlim üzrə dəstək verib. Bunlara əsasən Səngəçal terminalı yaxınlığında yaşayan Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindəki icmalar daxildir.

 

Təlimlər SOCAR-ın Qobustan Regional Texniki Təlim Mərkəzində keçirilib. Bu vaxtadək BP və tərəfdaşları 2015-ci ildə 79 nəfər və 2016-cı ildə 47 nəfər olmaqla ümumilikdə Mərkəzdə 126 nəfər texnikin təlimini maliyyələşdirib. Bu dəstək əsasən təlimdə iştirak edən tələbələrin 10 aylıq təhsil haqlarını əhatə edib.

 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylii: “Bugünkü tədbir bizim yüksək ixtisaslı yerli işçi qüvvəsinin inkişafına sərmayə qoymaq öhdəliyimizi bir daha nümayiş etdirir. Biz uzun illərdir ki, neft və qaz sektoru sahələrində ixtisaslaşan yerli texniklərin inkişafına dəstək veririk və bu yönümdə SOCARla əməkdaşlıq edirik. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BP şirkəti hökumətlə və öz tərəfdaşları ilə sıx işləyərək bu ölkədə dünya səviyyəli yerli bacarıqların, o cümlədən sənaye və insan potensialının inkişafı ilə bağlı səylərə dəstək verib. Buraya Azərbaycan vətəndaşları üçün təlim və inkişaf imkanlarının yaradılmasında əməkdaşlıq da daxildir.

 

Bu məqsədlə bir neçə il əvvəl biz Qobustan Regional Təlim Mərkəzində yerli texniklərə təlimlər keçirilməsi üçün SOCARla Anlaşma Memorandumu imzaladıq. Hesab edirik ki, bu əməkdaşlıq çox uğurlu olub və yerli icmalardan təxminən 130-a yaxın nümayəndə artıq təlimdə iştirak edərək yüksək ixtisaslı texnik kimi sertifikatlar alıb. BP və tərəfdaşlarının adından bütün məzunları səmimi qəlbdən təbrik edirəm və bu əhəmiyyətli əməkdaşlıq imkanına görə SOCAR-a təşəkküredirəm.”

 

Əlavə məlumat üçün

BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz

Telefon: (+994 12) 599 45 57