BP Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz Hailatın Pay Bölgüsü Sazişlərinin, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı və Cənubi Qafqaz Boru Kəməri (CQBK) qaz ixracı boru kəmərlərinin operatoru olaraq bu yaxınlarda adı çəkilən bütün layihələr üzrə şirkətdənkənar istifadə üçün yeni, böyük bir internet saytı açmışdır.
Bu internet saytı maraqlı tərəflərin hamısına BP-nin Xəzər regionunda rəhbərlik etdiyi layihələrin hamısının uzunmüddətli istismar mərhələsi barədə informasiya verəcək, eləcə də layihələrin tikinti mərhələsi barədə geniş sənədlər təqdim edəcək.
Yeni internet saytında bütün materiallar ingilis dilindən əlavə, Azərbaycan dilində olacaq. 300 səhifədən artıq və 10 000 sənəd yerləşdirilmiş BP-nin Xəzər regionu üçün bu internet saytı, inanırıq ki, Azərbaycan dilində ən böyük internet saytıdır. Bu sayt Bakıda yerləşən “Ceyhun” Assosiasiyası tərəfindən dizayn olunub və Azərbaycanda qətiyyətli bir qrup tərəfindən idarə olunacaq.
Bu sayt hasilatın pay bölgüsü və tranzit əraziyə malik ölkə hökumətləri ilə sazişlər, ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi sənədləri və tədbirlər planları kimi əsas layihə sənədləri, eləcə də müstəqil monitorinq qiymətləndirmələri, BP-nin Azərbaycan üzrə Davamlı İnkişaf Hesabatı, ictimai və ətraf mühit sərmayələri barədə məlumat, iş barədə məlumat, yeniliklər, mətbuat üçün açıqlamalar, şəkillər və digər ictimai hesabat sənədləri ilə tanış olmaq imkanı yaradacaq.
Bu internet saytının ünvanı belədir: www.bp.com/caspian. Bu, www.caspiandevelopmentandexport.com ünvanını əvəz edir ki, həmin sayt son üç ildən artıq müddət ərzində külli miqdarda layihələrlə bağlı sənədlərin, kənar monitorinq hesabatlarının və görülən işlər barədə yeniliklərin çatdırılması ehtiyaclarımızın ödənilməsinə xidmət etmişdir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57