1. Home
  2. Xəbərlər
  3. Press relizlər
  4. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək

Tarix: 24 Yanvar 2019

 

  • Əlilliyi olan şəxslərin peşə və ixtisas artımına sərmayə ;
  • 86 nəfər əlilliyi olan şəxsə uğurlu karyera qurması üçün təlimlər keçirilib

 

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” – bu gün Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək etmək məqsədilə dəstək verdikləri layihənin uğurla tamamlanmasını qeyd edib.

 

Layihənin məqsədi təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirmək olub. Təlim proqramı əsasən ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

 

Layihənin icrası zamanı BP və tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq edib və öz səylərini biznes təşkilatları və müəssisələri ilə birləşdirərək layihə iştirakçıları üçün təcrübə və məşğulluq imkanlarının araşdırılmasına və müəyyənləşdirilməsinə yönəldib. Bu məqsədlə ötən ilin dekabr ayında təlim proqramını bitirdikdən sonra mövcud ola biləcək imkanları müzakirə etmək üçün layihə iştirakçılarını və təxminən 40 işəgötürən təşkilatı bir yerə toplayan uğurlu əmək yarmarkası təşkil olunub.

 

Layihənin nəticələri:

  • Bu günədək 22 iştirakçı müxtəlif təşkilatlarda və ya özünüməşğulluq vasitəsilə işlə təmin olunub (buraya həmçinin proqramdan əvvəl işi olan şəxslər də daxildir);
  • Səkkiz iştirakçı Bakının müxtəlif mehmanxanalarında təcrübə proqramlarında iştirak edib;
  • 10 nəfərədək iştirakçı qısamüddətli distant (məsafədən) işlər və məşğulluq üzrə ilkin təkliflər alıb;
  • Bundan əlavə, BP seçilmiş layihə iştirakçılarının beynəlxalq iş mühitinə cəlb olunaraq öz yeni bacarıqlarını tətbiq etmələrinə və BP-nin təcrübəli heyətindən təcrübə qazanmalarına imkan yaratmaq üçün xüsusi işə yerləşdirmə proqramı üzərində işləyir.

Bu birillik layihə “British Council” təşkilatı tərəfindən yerinə yetirilib və 2018-ci ilin sonunda başa çatıb.

 

Layihənin ümumi dəyəri 400000 AZN-dən artıqdır.

 

Redaktorlar üçün qeydlər:

 

BP-nin və tərəfdaşlarının Xəzərdəki layihələrinin uğuruna həm də regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaradılması daxildir. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial sərmayə layihələri həyata keçirir. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

 

2018-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları təkcə sosial sərmayə və sponsorluq layihələrinə Azərbaycanda təqribən 4,1 milyon dollardan artıq vəsait xərcləmişlər

 

.Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial sərmayə layihələrini davam etdirəcək.

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətinə müraciət edin.

Telefon: (+994 12) 525 5895.