Bu gün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev Şahdəniz TPG500 dəniz platforması və onunla əlaqədar sualtı özüllərin inşa edildiyi Zığ tikinti-quraşdırma sahəsində olmuşdur.
Prezident tamamlanmaq üzrə olan tikinti işlərinin vəziyyəti ilə tanış olmaq üçün sahəni gəzmiş, rəhbərliyin və işçi heyətin üzvləri ilə görüşmüşdür.
Zığ tikinti-quraşdırma sahəsi ARDNŞ-ə məxsus bir obyektdir, onu Şahdəniz tərəfdaşları adından BP hərtərəfli modernləşdirilmişdir. Bu gün Zığ obyekti əla yanalma körpüsünə, sex və ofislərə malik yüksək keyfiyyətli bir tikinti-quraşdırma sahəsidir.
Bu tikinti-quraşdırma sahəsi Şahdəniz tərəfdaşları adından Şahdəniz tərəfdaşlarının platformanın tikintisi üzrə podratçısı olan Teknip Məritaym Ofşor Limited (TMOL) şirkəti (Parisdə yerləşən, neft-kimya texnologiyaları üzrə ixtisaslaşmış Teknipin törəmə şirkətidir) tərəfindən işlədilir. Tikinti işlərinin qızğın çağında Zığ tikinti-quraşdırma sahəsində işə təxminən 3.500 nəfər cəlb edilmişdi. Həmin işçilərin 80%-dən çoxunu Azərbaycan vətəndaşları təşkil edirdi.
“İşçi qüvvəsinin iş icrası həm əməyin təhlükəsizliyi, həm də iş qrafikinə əməl etmək baxımından müstəsna dərəcədə yaxşı olmuşdur. Platforma dənizə yola salınmazdan öncə tikinti-quraşdırma sahəsində qəza nəticəsində vaxt itirilmədən 13 milyon adam/iş saatı həcmində iş həcmi başa çatdırılmışdır. Layihə Zığ tikinti-quraşdırma sahəsində də iş qrafikinə əməl olunmaqla tamamlanmışdır və TPG-500 platformasının tikinti baxımından çox mürəkkəb və çətin bir konstruksiya olduğunu nəzərə alsaq, bu, olduqca yüksək keyfiyyətli bir nailiyyət olmuşdur.” – BP-nin kommersiya məsələləri üzrə vitse-prezidenti Fil Houm demişdir. “Bundan əlavə, tikinti-quraşdırma sahəsinin avadanlıq, material və xidmətlərlə təchiz olunması üçün təxminən 257 Azərbaycan şirkətinin xidmətlərindən istifadə etmişik.”
Prezidentə məlumat verildi ki, Şahdəniz TPG-500 platforması 120 nəfərlik işçi heyəti üçün yaşayış bloku olan qazma və hasilat qurğularından ibarət böyük özüqalxan platformadır. “Bu, Xəzərdə nadir bir obyektdir. Ayaqları da daxil olmaqla bütöv platforma tamamilə Zığ tikinti sahəsində yığılmışdır və az sonra dənizdə quraşdırılmaq üçün yedəkdə yatağa aparılacaq. İndiyədək bu qəbildən olan yalnız iki başqa platforma inşa olunmuşdur və onlar hazırda Şimal dənizində Böyük Britaniyanın kontinental şelfində istismar olunur.” – Fil Houm demişdir.
Platformanın hər üç ayağı bütövlüklə bu tikinti-quraşdırma sahəsindəki Zığ 3 ərazisində inşa olunmuşdur və platforma tamamilə Zığ 4 sahəsindəki yanalma körpüsündə yığılmışdır. Bütöv obyektin çəkisi təqribən 32.000 tondur. Platformadakı bütün sistemlər Zığdan dənizə yola salınmazdan öncə yoxlanılmış və istismar sınaqlarından keçirilmişdir.
Şahdəniz yatağında platformanın yerləşdiyi yerdə dəniz dibinin geotexniki vəziyyəti çox çətin olduğuna görə çox böyük və mürəkkəb özül konstruksiyaları quraşdırmaq lazım olmuşdur. Bu konstruksiyalar da Zığ 3 sahəsində quraşdırılmışdır.
Bu platformanın qazma qurğularının 3 km-dən artıq radiusda uzunluğu 7 km-dən çox olan quyular da qaza bilmək imkanı var. Hasilat qurğuları isə gün ərzində təxminən 1 milyard kub fut (28,5 milyon kubmetr) qazı və 60 min barel (8 000 min ton) kondensatı texnoloji emal edəcək. Yataqdan hasil edilən qaz və kondensat sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunacaq.
TPG500 Xəzər dənizində, Bakıdan təxminən 100 kilometr cənubda istismar olunacaq. İlk qazın Şahdəniz layihəsi üçün ilkin satış bazarı olan Türkiyəyə 2006-cı ilin qışınadək çatdırılması planlaşdırılır.
Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKAcip(10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57