1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Qərb rayonlarında davamlı icma inkişafı üçün yeni imkanlar

Qərb rayonlarında davamlı icma inkişafı üçün yeni imkanlar

Tarix:
8 May 2008

 

Bu yaxınlarda BP şirkəti özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından özlərinin ictimai sərmayə proqramının (İSP) növbəti mərhələsi üçün yeni qrant ayırmışdır. Bu layihə BTC/CQBK boru kəmərinin qərb hissəsi boyunca yerləşən rayonları əhatə edəcəkdir.

 

Proqramda davamlı icma inkişafında nümunə olmaq öhdəliyinə sadiq olduğunu nümayiş etdirən icmalar iştirak edəcəkdir. Proqramda əsas diqqət gəlir yaradılması, kənd təsərrüfatının inkişafı, sosial infrastruktur və sağlamlıqla bağlı məlumatlılığın gücləndirilməsi üzərində cəmlənəcəkdir. Bu proqramın həyata keçirilməsi müddəti 18 aydır.

 

Proqramın ümumi məqsədi yeni hazırlanmış bir sıra layihələr vasitəsilə icmaların fəaliyyət bacarıqlarını və dövlət strukturları ilə əlaqələri gücləndirilməkdir.

 

Proqram inkişaf sahələrinin geniş bir diapazonunu əhatə edən hərtərəfli bir təlim paketinin tətbiqini də təmin edəcəkdir. Bura xarici əlaqələr, hüquqi qeydiyyat prosedurları, biznesin qabaqcıl təcrübəyə əsaslanmış planlaşdırılması, maliyyə və idarəetmə sistemlərinin yaxşılaşdırılması və uzunmüddətli icma iqtisadi planlarının hazırlanması daxildir. Gözlənilir ki, keçirilən təlimlər bu layihənin bir hissəsi kimi təklif olunan mikro-kreditləri almaq üçün seçiləcək daha uğurlu icmaların hüquqi şəxslər kimi qeydiyyatdan keçməsi ilə nəticələnəcəkdir.

 

BP-nin Sərmayələr və Hesabatlar üzrə meneceri Aydın Haşımov deyir: “Bu proqramın bir hissəsi kimi, onlarla icmalar bacarıq və vərdişlərin yaradılması üzrə təlim keçəcəkdir. Bundan əlavə, proqramın peşə təlimi komponentində təxminən 60 nəfər gənc iştirak edəcəkdir ki, onlardan beş nəfərinə öz bizneslərini açmaq üçün dəstək veriləcəkdir. Biz həm də əlavə yerli donorları cəlb etməklə icma inkişafı layihələrinin həyata keçirilməsi üçün üçə qədər icmanın seçilməsi məqsədi ilə yekun büdcə müsabiqəsi də keçirəcəyik.


“Biz ehtiyacların analizi, biznes və iqtisadi təlimlər, peşə təlimi və digər fəaliyyətlər vasitəsilə BTC/CQBK boru kəmərləri boyunca yerləşən icmaların inkişafı üçün yeni imkanlar yaratmaqla onlara köməyi davam etdiririk. İnanırıq ki, ən fəal və ən yaxşı göstəriciləri olan icmalar bu proqramlardan əhəmiyyətli faydalar əldə edəcək və müstəqil icma əsaslı təşkilatlar kimi qeydiyyatdan keçə biləcək bir səviyyəyə çatacaqlar.”

 

Bu proqramı Uşaqları Müdafiə Təşkilatı (Save the Children) həyata keçirəcək və o, proqramın bacarıq və vərdişlərin yaradılması komponentinin bir hissəsi olaraq üç yerli qeyri-hökumət təşkilatı – Ümid, Bilik və Gənc Maarifçilər – ilə tərəfdaşlıq edəcəkdir.


Redaktorlar üçün qeydlər:

 

BP və onun tərəfdaşlarının Azərbaycanda ictimai sərmayə proqramları (İSP) ilkin olaraq davamlı sosial və iqtisadi inkişafa dəstək verməklə BTC və CQBK boru kəmərləri boyunca yerləşən icmaların həyatına müsbət dəyişikliklər gətirmək üçün nəzərdə tutulmuşdu. Sonradan bu ümumi məqsəd yalnız BTC və CQBK layihələrinin deyil, Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin də bilavasitə təsir göstərdiyi bütün icmaları bu proqrama daxil etmək üçün dəyişdirildi.

 

İSP biomüxtəlifliyi qoruyub saxlamaq, tez və uzun müddətli faydalar vermək və yerli icmalara öz problemlərini həll etmək imkanları vermək üçün nəzərdə tutulmuş bir sıra regional və icma əsaslı layihələr vasitəsilə həyata keçirilir.

 

İSP-nin həyata keçirilməsinə başlanandan indiyədək bu proqramda yüzdən artıq icma iştirak etmişdir. Nəzərdə tutulan ərazi Səngəçal terminalından başlayır və BTC və CQBK marşrutu boyunca 13 rayonu – Bakı, Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Gəncə, Samux, Şəmkir, Tovuz və Aqstafa - əhatə etməklə Aqstafada qurtarır.


Bu günədək həmin ərazilərdə icma səfərbərliyi bacarıq və vərdişlərin yaradılması üzrə keçirilən təlimlər və mikro-iqtisadi layihələr vasitəsilə ümumi sayı təxminən 300 olan infrastrukturun inkişaf etdirilməsi layihısi həyata keçirilmişdir. Bunlara aşağıdakılar daxildir:

  • 52 təhsil obyekti yeni tikilmiş və ya təmir edilmişdir ki, bunlardan 14 məktəb kompüterləşdirilmişdir
  • 75 içməli su və suvarma sistemi, təxminən 221 km yol və 42 tibbi obyekt yeni tikilmiş və ya təmir edilmişdir
  • 183 970 nəfər birbaşa tibbi yardım almışdır
  • 497 nəfər tibb işçisi və 4330 nəfər fermer təlim keçmişdir
  • 12 901 mikro-kredit verilmişdir

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57