Layihə nəticəsində Xəzərin ekologiyası üzrə onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir.
BP və onun tərəfdaşları veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzini (XEİM) təsis etmək üçün “GRİD-Arendal” təşkilatı ilə yeni bir ətraf mühit müqaviləsi imzalayıblar. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək onlayn ekoloji məlumat bazasının yaradılması gözlənilir.
Xəzər hövzəsində ətraf mühitin vəziyyəti haqqında ən son məlumatların etibarlı mənbəyi kimi xidmət göstərməkdən əlavə, XEİM ətraf mühitlə bağlı məlumatların toplanmasının yaxşılaşdırılması və ətraf mühitin idarə edilməsi üzrə ən yaxşı təcrübələrin mübadiləsi üçün yaradılır. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək.
BP-nin normativ uyğunluq və ətraf mühit məsələləri sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Faiq Əsgərov deyir: “BP və onun tərəfdaşları bu əməkdaşlığın yaradılmasından məmnundur və inanırlar ki, bu, Xəzər ekologiyası üzrə mütəxəssislərin regionda ekoloji monitorinq və metodikaları standartlaşdırmaq və uzlaşdırmaq səylərini gücləndərəcək. Zənnimizcə, bu mərkəz ətraf mühitlə bağlı regional məlumatlardan daha geniş istifadə imkanları yaradacaq, şəffaflığı artıracaq və ictimaiyyət də daxil olmaqla əsas maraqlı tərəflərlə əlaqələri gücləndirəcək. Ən əsası, inanırıq ki, bu yeni mənbə vasitəsi ilə əhatəli və etibarlı məlumatlardan istifadə etmək imkanı ictimaiyyətin regiondakı ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirakının yaxşılaşdırılmasına kömək edəcək. “BP və onun tərəfdaşları XEP çərçivəsində Xəzər regionunu təmsil edən ətraf mühit mütəxəssisləri arasında, o cümlədən hökumət, özəl sektor və qeyri-hökumət təşkilatları arasında aparılan dialoqlara həmişə dəstək verib. Biz veb-əsaslı ekoloji informasiya mərkəzinin yaradılmasını belə dialoqların və əməkdaşlığın gücləndirilməsi üçün daha bir imkan hesab edirik və onun bir hissəsi olmağımızdan məmnunluq duyuruq”.
“GRİD-Aredal”ın bacarıqların yaradılması və qiymətləndirilməsi şöbəsinin rəhbəri və XEİM-in layihə meneceri Valentin Yemelin deyir: “Ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə BMT-yə dəstək missiyasını yerinə yetirərək, GRID-Arendal ürəkdən istəyir ki, regondakı ölkələrə ətraf mühitlə əlaqədar məlumatların idarə edilməsi və əlaqələrin qurulması sahəsində bacarıqların yaradılmasında kömək etsin. XEİM-in fəaliyyətləri Tehran Konvensiyasına ümumi dəstək daxilində nəzərdə tutulur. Ümid edirik ki, o, diqqəti yalnız problemlər deyil, həm də onların həlli yolları üzərində cəmləməklə Xəzəryanı ölkələr arasında aparılan dialoqa öz müsbət töhfəsini verəcək”.
Redaktorlar üçün qeydlər:
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Tel.: +994 (0) 12 599 45 57