BP Azərbaycandakı tərəfdaşları adından və Avropa Yenidənqurma və İnkişaf Bankındakı Azərbaycanda özəl sektorun inkişafına birgə dəstək vermək üçün əməkdaşlıq sazişi imzalamışdır. Bu saziş kiçik və orta müəssilər (KOM-lər), eləcə də xırda sahibkarlıq da daxil olmaqla yerli biznes üçün şəffaf və səmərəli maliyyə imkanı yaratmaq məqsədi daşıyır.
BP və tərəfdaşları bu saziş çərçivəsində 5,25 milyon dollar töhfə qoyavaqlar, AYİB isə əməliyyatları ən azı BP və tərəfdaşlarının töhfə etdikləri vəsaitin məbləğində birgə maliyyələşdirəcək. Bu, 2006-cı ilin dördüncü rübündən başlayaraq üç illik bir proqramı əhatə edəcək və yerli biznesə və sahibkarlığa borclar və texniki yardım təmin etmək üçün istifadə olunacaq.
Bu proqram çoxlu sayda yerli maliyyə qurumları ilə ayrıca sazişlər vasitəsilə AYİB tərəfindən yerinə yetiriləcək. İcra mexanizmi AYİB-in artıq təsis etdiyi İlkin Keçid Ölkələrinin mikromaliyyə vasitəsi, AYİB-in kiçik və orta müəssilər, eləcə də xırda sahibkarlıq üçün maliyyələşdirmə sxemi, və yaxşı təşkil olunmuş, qeyri-bank mikromaliyyə qurumları və özəl banklar üçün təyinatlı kreditlərin verilməsi və texniki əməkdaşlıq fondlarının yaradılmasıdır. Həm qurumların növlərinin və müvafiq kiçik və orta müəssisələrin seçimi AYİB-in və yerli maliyyə qurumlarının meyarlarından istifadə olunmaqla ediləcək.
"Bu birgə böyük səy Azərbaycanda çox geniş əhatəyə malik özəl sahibkarlığın inkişafına kömək məqsədilə xüsusi olaraq tərtib olunmuşdur. Gəlirlərin böyük axının idarə olunmasında ortaya çıxan çətinliklərə qarşı daha yaxşı tədbir görə bilən sağlam iqtisadiyyatın yaradılması üçün güclü və şəffaf sahibkarlıq sektoru əsas rol oynayır, - BP-nin azərbaycandakı prezidenti Bill Şreyder deyir.
Yerli bizneslər üçün şəffaf maliyyə imkanlarını genişləndirməkdən əlavə, biz əminik ki, bu layihə həmçinin BP kimi xarici sərmayəçilər tərəfindən davamlı surətdə faydalana və inkişaf edə bilən daha böyük sayda və daha müxtəlif yerli təchizatçıların olmasına gətirib çıxaracaq."
Redaktorlar üçün qeydlər:
BP öz tərəfdaşları ilə birlikdə bu regionda dünya səviyyəli neft-qaz işlənməsi və ixrac layihələrini həyata keçirir. Bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyə xalqları üçün müsbət dəyişikliklər yaratmağa böyük imkanlar açır. Buna nail olmaq üçün göstərdikləri səylərin bir hissəsi olaraq BP və tərəfdaşları öz qarşılarına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşdur. BP-nin və tərəfdaşlarının məqsədi 2010-cu ilə qədər hər il yerli şirkətlər vasitəsilə xərclənən vəsaiti 500 milyon dollardan yuxarı bir məbləğə çatdırmaqdır. Azərbaycan, Gürcüstan və Türkiyədə sahibkarlığın inkişafını həvəsləndirmək məqsədi daşıyan bu plan həmin ölkələrin öz iqtisadiyyatlarının çoxsahəliliyini genişləndirmələrinə, eləcə də yerli biznes fəaliyyətlərinin dəstəklənməsində yenilikçi və şəffaf təcrübələr yaradılmasına kömək edəcək.
Bundan əlavə, BP və tərəfdaşları regional inkişaf və ictimai layihələr üzrə ildə təxminən 25 milyon dollar vəsait xərcləyəcək. Bunlar Azərbaycan, Gürcüstan və Türkiyə boyunca davamlı sosial-iqtisadi inkişafa töhfə vermək üçün yenilikçi bir mexanizm olan regional İnkişaf Təşəbbüsünü (RİT) təşkil edir. RİT yerli və beynəlxalq inkişaf məqsədlərinə nail olmağa yardım üçün layihələşdirilib və bu məqsədlə də o, BP və tərəfdaşlarının təcrübəsini, bacarıq və ehtiyatlarını inkişaf təşkilatlarının səriştələri ilə birləşdirəcək.
2006-cı ildə Azərbaycanda bu regional inkişaf və ictimai proqramlar üç əsas sahəyə yönəldiləcək:
1. İctimai sərmayə - bu sərmayə BP-nin həyata keçirdiyi layihələrin yaxınlığındakı əhaliyə yönəlib və insanların həyatında nəzərəçarpacaq dəyişikliklər etməklə uzunmüddətli sosial və iqtisadi inkişafa kömək etmək məqsədi daşıyır (məsələn, iqtisadi inkişaf, səhiyyə, təhsil, infrastrukturun bərpası).
2. Sahibkarlığın inkişafı – yerli biznesin səriştə və qabiliyyətlərinin yaradılmasına yönəlib. Buna texniki yardım, şəffaf maliyyələşmə imkanı, səriştə və qabiliyyətlərin yaradılması, biznes etikası və korporativ idarəetmə üzrə təlimlər vasitəsilə kiçik və orta müəssisələrə kömək daxildir.
3. Səmərəli idarəetmə – əsas diqqət gəlirlərin idarə olunmasına yönəlməklə səriştə və qabiliyyətlərin yaradılması və şəffaflığa dəstək məqsədi daşıyır.
Regional inkişaf və ictimai proqramlarımız vasitəsilə biz yerli və mərkəzi hakimiyyət, qeyri-hökumət təşkilatları, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıqda yerli ictimaiyyətlə birgə işləməkdə davam edəcəyik ki, özümüzün və tərəfdaşlarımızın qoyduğumuz uzunmüddətli, davamlı sərmayələrdən hamının bəhrələnməsini təmin etməyə kömək göstərək.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57