1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Abşeron yarımadası ətrafında dayazsulu sahənin işlənməsi çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə sənəd ictimaiyyətə təqdim olunur

Abşeron yarımadası ətrafında dayazsulu sahənin işlənməsi çərçivəsində ikinci kəşfiyyat quyusu üzrə sənəd ictimaiyyətə təqdim olunur

Tarix:
1 iyul 2021-ci il

bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5km məsafədə, suyun təxminən 7m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4000m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq. 

Qeyd: Şimal-Şərq perspektiv sahəsindəki birinci kəşfiyyat quyusu üçün ƏMSSTQ sənədi 28 avqust 2020-ci il tarixində 60 gün ərzində ictimaiyyətə açıqlanmışdı.  Ücüncü quyu sahəsində     aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı Azərbaycan və İngilis dillərində hazırlanmış və bp-nin vebsaytına yerləşdirilmişdir. Sənədlərlə aşağıda verilmiş linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.bp.com/az_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html
https://www.bp.com/en_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html
 

ƏMSSTQ sənədinin layihə variantına dair öz şərh və rəylərinizi aşağıdakı qaydada bizə göndərməyinizi xahiş edirik:

  • doldurulmuş rəy formalarını esiafeedback@bp.com ünvanına elektron poçt vasitəsilə göndərməklə, və ya
  • doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, “Port Baku”, BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.

Qeyd: rəy formasına keçid: https://go.bp.com/bAB8G

ƏMSSTQ-nin açıqlanması müddəti 60 gündür. Bu müddət 1 iyul 2021-ci il tarixində başlanır və 30 avqust 2021-ci il tarixində başa çatacaq.

COVİD-19 pandemiyası səbəbindən ƏMSSTQ sənədinin nüsxələrini əvvəllər olduğu kimi ictimai kitabxanalarda yerləşdirmək mümkün olmayacaq.  Bununla belə, ictimai kitabxanaların, institutların və universitetlərin və digər təşkilatların yuxarıdakı  linklər vasitəsilə bp-nin vebsaytından ƏMSSTQsənədini yükləməsi və öz onlayn resursları vasitəsilə yayması arzuolanandır.
ƏMSSTQ sənədinin layihə variantına dair fikir və rəylərinizi gözləyirik. 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində
Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95