1. Əsas səhifə
  2. Biz kimik
  3. bp Azərbaycanda
  4. Tariximiz

Tariximiz

 

Azərbaycan - Gürcüstan - Türkiyə reginonunda bp şirkətinin tarixinə nəzər salın

Azərbaycan - Gürcüstan - Türkiyə reginonunda BP şirkətinin tarixinə nəzər salın
  • Iyul - Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə qazın nəqli başlayır
  • Aprel - BP və SOCAR Azərbaycanda geoloji kəşfiyyat işləri üçün yeni hasilatın pay bölgüsü haqqında saziş imzaladılar
  • Sentyabr - Şahdəniz 2 platformalarının ikinci üst tikililəri dənizdə quraşdırıldı
  • Sentyabr - Azərbaycan hökuməti və tərəfdaşlar Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar
  • Sentyabr - Şahdəniz Mərhələ 2 layihəsi üçün yeni müasir sualtı tikinti gəmisi istismara verildi
  • Iyun - Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı
  • Mart - Şahdəniz 2 platformalarının ikinci dayaq bloku dənizə yola salındı
  • Sentyabr - Şahdəniz 2 platformalarının birinci dayaq bloku dənizə yola salındı
  • Avqust- AÇG yatağında 1997-ci ildə Çıraq platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 milyard barelə çatdı
  • May - BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzaladılar
  • May - “Xankəndi” adlı yeni sualtı tikinti gəmisi Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirildi
  • Sentyabr -Xankəndi adlı sualtı gəminin iki gövdə hissəsi Sinqapurdan Xəzər dənizinə yola düşdü
  • Sentyabr - Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmiş neftin yüklənildiyi 3000-ci tanker yola salındı.
  • Fevral - Mərkəzi Azəri platforması 10 illik yubileyini qeyd etdi
  • Dekabr - BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzaladı
  • İyun - Bakı 2015 Avropa Oyunlarını dəstəkləmək və yerli gənclərin peşəkar bacarıqlarının yaradılmasına sərməyə qoymaq üçün Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə tərəfdaşlıq qurduq
  • Sentyabr - Tranzit ərazisinə malik ölkələrin hökumətləri, tərəfdaşlar və digər maraqlı tərəflərlə birlikdə “Əsrin müqaviləsi”nin 20-illik yubileyini qeyd etdik və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimini keçirdik
  • Aprel - Bakı-Tbilisi-Ceyhan 2 500-cü tankerin Ceyhan terminalında neftlə yüklənib yola salınmasını qeyd etdi
  • Yanvar - Qərbi Çıraq platformasında qabaqlayıcı quyulardan biri hasilata başladı və bununla da 2010-cu ildə sanksiya verilmiş Çıraq neft layihəsi tamamlandı
  • Dekabr - ŞD HPBS-nin 2031-ci ildən 2036-cı ilədək beş il müddətinə uzadılması haqqında saziş imzalandı
  • Dekabr - Şahdəniz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarı elan edildi
  • Sentyabr - Bakıda BP-nin yeni ofisinin rəsmi açılışı keçirildi.
  • Sentyabr - Şahdəniz konsorsiumu Avropa alıcıları ilə 25 illik qaz satışı sazişləri bağladı
  • Sentyabr - Qərbi Çıraq platfromasının üst modulları dənizdə dayaq blokunun üzərinə təhlükəsiz şəkildə quraşdırıldı
  • İyun - Şahdəniz konsorsiumu qazın Avropaya nəql olunması marşrutu kimi Trans-Adriatik Boru Kəmərinin seçildiyini elan etdi
  • Oktyabr - BTC Ceyhanda 2 000-ci tankerin yüklənməsini qeyd etdi
  • May - AÇG ilk neftin əldə edilməsindən bəri hasil olunmuş 2 milyardıncı bareli qeyd etdi
  • Yanvar - Şəfəq-Asimanda ilk üçölçülü seysmik tədqiqat başa çatdı
  • Oktyabr - Türkiyədə ŞD qaz satışı və tranziti sazişləri imzalandı
  • May - Şəfəq-Asiman strukturu üzrə yeni HPBS Azərbaycan parlamenti tərəfindən ratifikasiya olundu
  • Oktyabr - Şəfəq-Asiman strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə ARDNŞ ilə HPBS imzalandı
  • Sentyabr - BTC boru kəməri ilə xam neftin milyardıncı bareli nəql edildi
    Mart - Çıraq neft layihəsinin işlənməsi üçün 6 milyard dollar sərmayə qoyulmasına sanksiya verildi
  • Mart - BTC-nin məhsuldarlığı gündə 1.2 milyon barelə çatdırıldı

 

  • Aprel - Dərinsulu Günəşlidən ilk neft hasil edildi
DWG Platform, Caspian Sea, Photo: Stuart Conway/ BP
  • Noyabr - Şahdəniz yatağının daha dərin strukturunda mühüm bir yüksək təzyiqli yeni kollektor kəşf edildi
  • İyul - Şahdəniz qazı Türkiyəyə axdı
  • Mart - BTC-nin məhsuldarlığı gündə 1 milyon barelə çatdırıldı 
  • Dekabr - Şahdəniz Mərhələ 1-dən ilk qaz hasilatına başlandı
  • Noyabr - Şərqi Azəridən ilk neft hasil edildi
  • İyul - BTC boru kəmərinin Türkiyədəki hissəsi, Ceyhan terminalı və BTC boru kəmərinin ixrac sisteminin açılışı qeyd olundu
  • İyun - Ceyhan terminalında ilk tanker Xəzər nefti ilə yükləndi
  • May - Cənubi Qafqaz boru kəmərinə ilk qaz axdı
 
  • Dekabr - AÇG yatağındakı Qərbi Azəridə hasilata başlandı
  • May – BTC neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin rəsmi açılışı baş tutdu.
  • Fevral - Azəri-Çıraq-Günəşli yatağındakı Mərkəzi Azəridə hasilata başlandı
Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP
  • Oktyabr - Cənubi Qafqaz qaz kəmərinin tikintisinə başlandı
  • Sentyabr - ACG Faza 3 üçün sanksiya verildi 
 
  • April - Bakı-Tbilisi -Ceyhan neft kəmərinin tikintisinə başlandı
  • Fevral - Şahdəniz Mərhələ 1 üçün sanksiya verildi
 
  • Sentyabr - ACG Faza 2 üçün sanksiya verildi
  • Avqust - ACG Faza 1 üçün sanksiya verildi 
Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP
 
  • Dekabr - Qərb İxrac Boru Kəmərində əməliyyatlara başlanıldı
  • Noyabr - Çıraq-1 platformasından ilk neft hasil edildi 
Chirag Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP
  • İyun - Şahdəniz HPBS imzalandı
 
  • Fevral - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təsis olundu
  • Sentyabr –BP, tərəfdaşları və Azərbaycan Hökuməti tərəfindən Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Saziş imzalandı