Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. bp Azərbaycanda
  4. Rəhbərliyimiz

Rəhbərliyimiz

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə bp-nin rəhbərliyi ilə tanış olun

Cio Kristofoli

Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezident

 

Cio 24 ildir ki, bp-dədir və bu müddət ərzində şirkətin biznesinin müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışıb. Cio bp-nin apstrim biznesində əməliyyatlar və idarəetmə sahəsində geniş təcrübə toplayıb. O, bp-nin texniki həllər bölümünün baş vitse-prezidenti vəzifəsində şirkətin qlobal bir təşkilatına rəhbərlik edərək fərqli bir iş icrası təmin etmək məqsədilə bp-nin apstrim və emal biznesləri ilə sıx işləyib.
Cionun Padua Universitetindən termodinamika üzrə fəlsəfə doktoru (PhD) və kimya mühəndisliyi üzrə magistr dərəcələri var. O, həmçinin Kimya Mühəndisləri İnstitutunun üzvü və sertifikatlı alimdir. O, həmçinin Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyasının sədridir. Bu mövqedə o, bütün neft və qaz sektorunda əməkdaşlığı fəal şəkildə təşviq edir.

 

Nadir İmanov 

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezident

 

Nadir 2002-ci ildən bp-də işləyir və bp-nin bir sıra bizneslərində müxtəlif kommersiya və maliyyə vəzifələrində çalışıb.

Nadirin 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.
Nadirin Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi, həmçinin Warwick Biznes Məktəbindən MBA dərəcəsi var.

Stüart Şou

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda hasilat üzrə vitse-prezident

 

Stüart bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb.

Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.

Stüartın Mançester Universitetindən magistr dərəcəsi var. 

Bəxtiyar Aslanbəyli

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident

 

Bəxtiyar təxminən 20 ildir ki, bp şirkətində işləyir və kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
Bəxtiyar ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən 2017-ci ildə “Tərəqqi” medalı, 2026-cı ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. O həmçinin, Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülmüşdür.Bəxtiyar Bakı Dövlət Universitetinin məzunudur. O beynəlxalq əlaqələr üzrə ixtisas və magistr, həmçinin hüquq üzrə fəlsəfə doktoru (PhD) dərəcələrinə malikdir. 

Leyla Məmmədova

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident


Leyla 2001-ci ildən bp şirkətində işləyir və müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti. Onun sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var.     
Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.

Dən Sparks

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident

 

Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub.

Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.

Zaur Paşayev

Xəzər, Mərkəzi Asiya və Türkiyə, Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmini üzrə vitse-prezident

 

Zaur 24 ildən çoxdur ki, bp şirkətində işləyir və əməliyyatlar üzrə bir çox vəzifələrdə çalışıb. O, həm quruda, həm də dənizdə yerləşən obyektlərdə istismar əməliyyatları üzrə geniş təcrübəyə malikdir.
2001-ci ildə Zaur ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Zaurun mexanika mühəndisliyi üzrə ixtisas dərəcəsi var. O, həmçinin ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiyalar İnstitutunun (MİT) nəzdində fəaliyyət göstərən bp-nin Əməliyyatlar Akademiyasının məzunudur.

Çingiz Hacıyev

Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti

 

Çingiz 1998-ci ildən bp-də işləyir. Azəri-Çıraq-Günəşli üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.
Çingizin Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var.

Mətt Kirkham

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident


Mət 13 ildir bp-də işləyir və o ümumilikdə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. sualtı əməliyyatlar və layihələr bölmələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.

Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.

Elyar Əliyev

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda hüquq məsələləri üzrə vitse-prezident

 

Elyar bp şirkətində fəaliyyətə 2009-cu ildə başlayıb və bp-nin regionda bir sıra mühüm layihələrinə, o cümlədən Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edib. Bu vəzifədə Elyar Azərbaycan, Gürcüstan və Türkiyə regionunda biznes yönümlü hüquq dəstəyinin verilməsinə cavabdehdir. 2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın prezidentinin fəxri fərmanı ilə təltif olunub.

Elyar Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.

Rassel Morris

Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda quyular üzrə vitse-prezident

 

Rassel təxminən 25 ildir ki, bp-də işləyir. O, həm quruda, həm də dənizdə qazma və tamamlama əməliyyatları üzrə qlobal miqyasda müxtəlif vəzifələrdə çalışıb. Bundan öncəki vəzifəsində Rassel quyular bölməsi üzrə vitse-prezident olub. Rassel müxtəlif ölkələrdə quyu fəaliyyətlərinin idarə olunmasında zəngin təcrübəyə malikdir və o, həmçinin quyular sahəsində bilik və bacarıqların artırılmasına rəhbərlik edib.

Rasselin mexanika və dəniz mühəndisliyi üzrə birinci səviyyəli bakalavr və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr dərəcələri var.

Tümkan Işıltan

Türkiyə üzrə vitse-prezident

 

Tümkan 21 ildən çoxdur ki, bp şirkətində işləyir və Türkiyədə və xarici ölkələrdə maliyyə, kommersiya və icra qruplarında bir sıra vəzifələrdə çalışıb. Yeni vəzifəsində Tümkan bp-nin nüfuz məsələlərinin və hökumət və əsas maraqlı tərəflərlə olan əlaqələrinin idarə olunmasına, habelə bp-nin Türkiyədəki bütün aktivlərində əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə aparılmasının təmin olunmasına cavabdehdir.
Tümkanın inşaat mühəndisliyi və biznes idarəetməsi üzrə ixtisas dərəcələri var.