Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. D230 bloku
  5. D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatdı

D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatdı

Tarix:
28 mart 2020
D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilmiş və mart ayının 14-də başa çatmışdır

 

SOCAR-la və həmçinin seysmik əməliyyatları həyatakeçirən podratçı şirkətimiz “Caspian Geophysical”la əla əməkdaşlığımızın nəticəsi olaraq 3-ölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanmışdır. Növbəti addım əldə edilmiş məlumatların emal edilməsidir.

 

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik.