1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. D230 bloku

D230 bloku

Xəzərdə yeni imkanlar aramaq üçün yeni saziş
Azərbaycanın uzunmüddətli hasilatına dəstək

BP və SOCAR 2018-ci ilin aprelin 26-da   Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzaladılar.

 

230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

 

25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

 

2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı  mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalına
başlanmışdır və bunun ardınca məlumatların interpretasiyası aparılacaq.  İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun
planlaşdırılması başlanacaq.

 

 

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik.