1. Əsas səhifə
  2. Biz kimik
  3. Texnologiya
  4. BP-nin texnologiyalara yanaşması
  5. Mürəkkəb təsvirlərin əldə olunması

Mürəkkəb təsvirlərin əldə olunması

Karbohidrogen resurslarının yerini müəyyənləşdirmək və onları işləmək üçün fərqli seysmik çəkiliş texnologiyalarının yenilənməsi və istifadə olunması

 

Seysmik çəkiliş texnologiyaları AÇG və Şahdəniz yataqlarının işlənməsinə imkan yaradılmasına ən çox təsir göstərmişdir. BP şirkətinin Xəzərə gətirdiyi davamlı və artan innovasiyalar olmadan onun nəhəng yataqlarının işlənməsi kor-koranə işə bənzəyərdi.

 

Seysmik çəkiliş bizə dənizin altını və karbohidrogen resurslarını ehtiva edən örtülü süxurları görmək imkanı yaradır. Bu, karbohidrogenlərin yerinin müəyyənləşdirilməsi və onların xarakterizə olunmasına kömək edir və neftin, suyun və qazın layın daxilində 4Ö hərəkət etməsi ilə (bu halda 4-cü ölçü zamandır) layın necə dəyişməsininmonitorinqinin aparılmasına kömək göstərir.

 

Seysmik texnologiyalar Dəniz Dibi Seysmik və ya ISS® texnologiyaları kimi tədqiqat texnologiyalarına və İmpuls forması nəzərə alınmaqla inversiya və Son Fərqin Modelləşdirilməsi kimi emal texnologiyalarına bölünür. Hamı layın əldə olunan təsvirinin keyfiyyətini mümkün qədər effektli və xərclər baxımından sərfəli şəkildə yaxşılaşdırmağa çalışır.

Unlocking Caspian Potential - Seismic Advances

Azərbaycanda istifadə olunan seysmik texnologiyalar:

  • Dənizdibi seysmik çəkilis - Çıraq Azəri yatağının seysmik layihəsi (ÇAYSL): seysmik çəkiliş göstəricilərini qeyd etmək üçün 132 km uzunluqda yarımstasionar dənizdibi kabel; layların daxilində su, qaz və neftin hərəkətini müşahidə etmək üçün istifadə olunur
  • İmpuls forması nəzərə alınmaqla inversiya: Bütöv 3Ö göstərici dəstlərinin inversiyası yolu ilə yüksək dəqiqlikli sürət modelinin yaradılması
  • Sürətin müfəssəl modelləşdirilməsi: Kiçik dərinlik təhlükələrinin qiymətləndirilməsi və məhlul keçidlərinin sayı və yerlərinin müəyyənləşdirilməsinə kömək edən interpretasiya vasitəsi
  • Independent Simultaneous Source (ISS®) (eyni zamanlı müstəqil mənbə) dayaz sulu sahələrdə istifadə olunur