1. Əsas səhifə
  2. Biz kimik
  3. Texnologiya
  4. BP-nin texnologiyalara yanaşması
  5. Neft vermə əmsalının artırılması

Neft vermə əmsalının artırılması

Karbohidrogenlərin hasilatının yaxşılaşdırılması üçün az xərcli, effektli texnologiyaların işlənib hazırlanması və istifadə olunması

 

BP Qrupunun Texnologiya bölümünün rəhbəri Devid Eytonun bu fikri qəti şəkildə NVƏ (layın neft vermə əmsalının artırılması) texnologiyasını həyata keçirilmək gözləntiləri ilə diqqət mərkəzinə yerləşdirir. BP şirkəti NVƏ texnologiyası ilə hər hansı digər beynəlxalq neft şirkəti (BNŞ) ilə müqayisədə daha çox neft - dünyanın ümumi neft hasilatının 10%-dən çox neft hasil edir.

Bir yataqdan nə qədər neftin çıxarıla bilməsi (onun vermə əmsalından) bir-birinə vurulan dörd həddən asılıdır. Artmaq üçün ən çox potensialı olan hədlər aşağıdakılardır:

 

Məsamə miqyaslı sıxışdırılma (neftin su və ya qazla sıxışdırılması); və Əhatə etmə (vurucu quyudan vurulan məhlul necə effektli yayılır və vurucu və istismarquyuları arasında olan süxurlarda olan nefti nə qədər effektli sıxışdırır.) 

 

Beləliklə, bunlar BP şirkətinin NVƏ texnologiyasının inkişafı üçün əsas diqqətin cəmləşdiyi sahələrdir. 

 

Bizim NVƏ texnologiyalarımız iki növə bölünür - Designer Water® NVƏ və Designer Gas®

 

Designer Water® NVƏ texnologiyaları AÇG-də öz potensialına görə öyrənilir:

  • Bright Water™: Layda dərin nöqtələrə qədər yayılaraq termal qaydada aktivləşən kimyəvi maddə yüksək keçirici zonalarda axını azaldır və laya vurulan suyu layın zəif keçirici sahələrinə yönəldir. Bright Water™ pilot proqramı AÇG-də 11 vurucu quyu ilə başlanmışdır. Onun təsirinin qiymətləndirilməsi davam edir
  • Laya su vurma ilə müqayisədə hasilatı əhəmiyyətli dərəcədə artıra bilən digər bəzi yeni NVƏ artıran texnologiyaları AÇG üçün araşdırılmaqdadır.