1. Əsas səhifə
  2. Biz kimik
  3. Texnologiya
  4. Xəzərdə tətbiq edilən texnologiyalar

Xəzərdə tətbiq edilən texnologiyalar

Əsrin Müqaviləsi imzalandıqdan sonra nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) yatağında layları və Azərbaycanda birinci işlənməni necə yerinə yetirməyi başa düşməyə başlamağımız üçün gəmi ilə dartılan hörüklə ilk 2Ö və 3Ö seysmik tədqiqatlardan başlayaraq bizim texnologiyalar və təcrübəmiz tətbiq olunmuşdur.Xəzər hövzəsinə məxsus çətinliklərin öhdəsindən gəlmək üçün texnologiyaların son imkanlarından istifadə etməyə cəhd göstərilmişdir

 

Azərbaycanın texniki çətinlikləri

 

BP şirkətinin təklif olunan texnologiyaları
Tektonik aktiv hövzədə geoloji baxımdan gənc çöküntü zonaları daxilində yumşaq, böyük fərqli təzyiqlər altında zəif sementlənmiş çöküntülər yaranmasına səbəb olmuşdur
  • Təkmilləşdirilmiş quyu tamamlama sxemi (misal üçün, açıq və qoruyucu kəmərli lülə çınqıl kipkəcli süzgəclər, qondarma keramik süzgəclər)
  • Konsentrik elastik borularla qum tıxacının yuyulması
  • Paylanan səs dalğalarının akustik sensoru (DAS) ilə quyuda qum təzahürünün diaqnostikası
  • Quyuda qum təzahürünün mexaniki (misal üçün, genişlənən kipləşdiricilər) və kimyəvi vasitələrlə idarə olunması
  • Quyuda su və qaz təzahürlərinin mexaniki (misal üçün, təcridetmə sistemi) və kimyəvi vasitələrlə idarə olunması
Xəzər dənizinin qapalı olması qazma avadanlıqlarının iş üçün mövcudluğu və yararlılığına təsir göstərir. Bu, hər il laya müdaxilələrin sayını məhdudlaşdırır; qısası qazılan hər bir quyu neft verməli və maksimum məhsuldarlığı və vurma imkanını təmin etməlidir
  • BP şirkətinin “Well Advisor” texnologiyası – Qoruyucu kəmərin quyuya endirilməsi konsolu, Sementləmə konsolu
  •  Lay və Quyu dibi təzyiglərin fərqini  tənzimləyən  sistem
  • Quyu parametrlərinə davamlı nəzarət üçün paylaşdırılmış temperatur sensoru (DTS)
  • Hasilat sisteminin optimallaşdırılması vasitəsi
  • Çoxzonalı vurucu quyularda quyudibi sərf tənzimləyici klapanların (4 zonayadək) DTS ilə birgə istifadə olunması
  • Qazma və quyularda geoloji-texniki tədbirlər üçün eyni zamanda həyata keçirilən əməliyyatlar (SIMOPS)
AÇG yatağı nəhəng, uzunluğuna görə Böyük Londona bərabər bir yataqdır, amma bu yataq yalnız altı platformadan işlənməkdədir
  • Uzaq məsafələrə qazılan quyular
  • Yüksək maili (üfüqüyə yaxın) qazma texnologiyası
  • Quyuların qum təzahüür ilə mübarizə aparmaqla yuxarı horizontlara qaytarılması (misal üçün, qoruyucu kəmərli lülə çınqıl kipkəcli süzgəclər)
Dəniz dibinin palçıq vulkanları, sərt maili sahələr kimi mürəkkəb topoqrafiyası
  • Dənizdibi seysmik tədqiqat
  • İmpuls forması nəzərə alınmaqla inversiya
  • Son fərqlərin modelləşdirilməsi
Şahdəniz qazma əməliyyatları məsamə təzyiqi və layın hidravlik yarılma qradiyenti arasında kiçik fərq və laylarda yüksək təzyiq və hasilat şəraitində aparılır. Şəfəq-Asiman yatağında əməliyyatlar Şahdəniz 2-nin təcrübəsi asasında aparılacaq
  • Qazılan quyu ətrafı süxurların bərkidilməsi (StressCage)
  • BP şirkətinin “Well Advisor” texnologiyası
  • Son elementlər modeli
  • İdarə olunan təzyiq altında qazma
  • Quyuağzı avadanlığın yorğunluğunun idarə olunması