Bu texnologiyalar BP-nin Sahələrin İşlənməsi üzrə Planlaşdırma Prosesinə uyğun olaraq prioritetləşdirilmişdir. Hər bir mühüm yataq və ya yataqlar qrupu üçün Sahənin İşlənməsi Planı (ADP) tərtib olunur və effektivliyi maksimuma çatdırmaq üçün yatağın necə işlənməli olduğu müəyyən edilir. Hər bir ADP Texnologiya Planına əsaslanır. Həmin planlar BP şirkətinin Apstrim sektoru üzrə rəhbər heyəti tərəfindən əsas etibarilə iki ildən bir, bəziləri isə hər il təsdiq olunur.
Planda nəzərdə tutulan hər bir texnologiya yataq miqyasında tətbiq olunmazdan əvvəl, onun təsirini qiymətləndirmək, sınaqdan keçirmək və risk mühitini azaltmaq üçün qrafik müəyyən edilir. Həmin qrafiklər üzrə irəliləyiş BP-nin Regionda Texnologiyalar üzrə meneceri tərəfindən idarə olunur.