BP Azərbaycanda – 25 il birlikdə

Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli, etibarlı və uzunmüddətli bir tərəfdaş olmağa çalışır.

BP ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan Hökuməti və tərəfdaşlarımız ilə olan tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə vermişdir. Bu illər təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlar əsasında bir çox əhəmiyyətli və özünəməxsus əlamətdar hadisələrlə müşayiət olunmuşdur. Yuxarıda qeyd edilən layihələrin operatoru olaraq biz və eləcə də tərəfdaşlarımız bu 25 illik fəaliyyət müddəti boyunca ötən aylar və illərin çoxsaylı böyük nailiyyətləri və uğurları ilə qürur duyur.

Bütün bu uğurlar bizim burada qurduğumuz mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyümüz uzunmüddətli öhdəlikdən irəli gəlir. Bu öhdəliyə sadiqliyimiz:

  • iqtisadiyyatın güclənməsinə və böyüməsinə töhfə verib;
  • Azərbaycan dövləti üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axını təmin edib;
  • Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrinə böyük töhfə verib;
  • dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib;
  • dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına gətirib çıxarıb;
  • on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib;
  • potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib;
  • yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib;
  • mədəni irsin və idmanın inkişafına dəstək verib.
Biz regiondakı fəaliyyətimizlə qürur duyuruq və uzunmüddətli etibarlı tərəfdaş kimi AÇG, Şahdəniz Mərhələ 1 və Mərhələ 2, yeni işlənmə və kəşfiyyat layihələrin əməliyyatçılığını təhlükəsiz və səmərəli şəkildə davam etdirəcəyik və yerli işçi qüvvəsi üçün yeni iş yerləri açacağıq və sosial inkişaf üçün yeni imkanlar yaradacağıq.
Azəri-Çıraq-Günəşlidən hasil edilən neftin həcmi 3 milyard bareldən artıqdır
Biz ölkənin dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələri qurmasına yardım etməklə Azərbaycanın gələcək inkişafına töhfə vermək öhdəliyimizə sadiq qalırıq.
Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi, AYDH, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik. Xəzərdə qazandığımız 25 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcək aparıcı operatoruq.
Fəaliyyətimizin miqyası: 
Xəzər dənizində biz iki nəhəng yatağın – Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısıyıq. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu cür ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri daxildir. Təhlükəsiz və etibarlı operator kimi, biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.
Şahdənizdən hasilat başlanandan bəri ümumilikdə 78 milyard standart kubmetr qaz
kondensat əldə edilib