Sənayemiz böyük vüsətlə hərəkət edir. İşçilərimizə də texnologiyalarımıza qoyduğumuz qədər sərmayələr yatırtmaqla, biz ən son innovasiyalarımızla ön sıralarda qalmağa davam edirik. Əslində, sizin kimi müstəsna, yeni biliklərə maraq göstərən, iddialı, elmli və savadlı məzunlara biz hər il milyonlarla dollar xərcləməkdən və onun bəhrəsini görməkdən məmnunluq duyuruq.. Şirkətimizin hansı bölməsinə qoşulmağınızdan asılı olmayaraq – bu biznes, mühəndislik və ya elm sahəsi ola bilər - siz öz biznesini və karyeranızı inkişaf etdirmək öhdəliyini üzərinə götürmüş şirkətin bir hissəsi olacaqsınız.
bp şirkəti karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və emalı sahəsində korporativ və funksiyalar bölmələrində məzunlar üçün imkanlar təklif edir.
Karyera inkişafı bp-də erkən başlayır. Praktiki təcrübə ilə formal təlimi birləşdirməklə, bu kimi proqramların əsas məqsədi sizə biznesə əsaslı töhfəni tez və effektiv şəkildə həyata keçirimək imkanı yaratmaqdır.
2021, 2022, 2023-cü illərin məzunları “2023-cü il məzunların işə qəbul proqramı” üçün ərizələrini təqdim edə bilərlər.
Qeyd: Bu proqramda yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
bp Azərbaycanın 2023-cü il üzrə məzunların işə qəbul proqramına ərizə qəbulu başlayıb. Ərizələrin qəbulu üçün son tarix: 9 yanvar, 2023-cü il, saat 23:00.
Seçim prosesi haqqında ətraflı məlumatı saytımızın "Seçim prosesi" bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün grads&interns@bp.com elektron poçt vasitəsi ilə müraciət edə bilərsiniz.
Məzun proqramına ərizə vermək üçün keçid
Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün "İxtisas uyğunluğu" sənədini yoxlayın.