1. Əsas səhifə
  2. Biz kimik
  3. bp Azərbaycanda
  4. bp 30 il Azərbaycanda

bp Azərbaycanda 30 il

Bu il bp Azərbaycanın uzunmüddətli və etibarlı enerji tərəfdaşı və ən böyük xarici investor şirkət kimi bu ölkədəki fəaliyyətinin 30 illiyini qeyd edir. Gələn onilliklərdə də bu regiondakı biznesimizi əsas layihələrimizə və inkişaf perspektivi olan sahələrə yönəldəcək və birgə enerji layihələrimizi təhlükəsiz və səmərəli həyata keçirəcəyik.

1994 - Əsrin müqaviləsi - Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanıb
1997 - AÇG yatağından ilk neft hasil olunub
2005 - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılışı olub
2006 - İlk BTC neft tankeri Ceyhandan yola salınıb
2006 - Şahdəniz yatağından ilk qaz hasil olunub
2010 - Şəfəq-Asiman üzrə HPBS imzalanıb
2013 - Şahdəniz 2 üzrə Yekun İnvestisiya Qərarı elan olunub
2014 - Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə HPBS imzalanıb
2017 - AÇG üzrə HPBS yenidən işlənib və uzadılıb
2018 - D230 bloku üzrə HPBS imzalanıb
2018 - Şahdəniz 2-dən Türkiyəyə ilk kommersiya qazının nəqli başlanıb
2019 - Azəri Mərkəzi Şərqi (ACE) platformasının tikintisi başlanıb
2020 - Şahdəniz 2-dən Avropaya qaz nəqli başlanıb
2021 - Cəbrayılda günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb
1994 - Əsrin müqaviləsi - Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanıb
1997 - AÇG yatağından ilk neft hasil olunub
2005 - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılışı olub
2006 - İlk BTC neft tankeri Ceyhandan yola salınıb
2006 - Şahdəniz yatağından ilk qaz hasil olunub
2010 - Şəfəq-Asiman üzrə HPBS imzalanıb
2013 - Şahdəniz 2 üzrə Yekun İnvestisiya Qərarı elan olunub
2014 - Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə HPBS imzalanıb
2017 - AÇG üzrə HPBS yenidən işlənib və uzadılıb
2018 - D230 bloku üzrə HPBS imzalanıb
2018 - Şahdəniz 2-dən Türkiyəyə ilk kommersiya qazının nəqli başlanıb
2019 - Azəri Mərkəzi Şərqi (ACE) platformasının tikintisi başlanıb
2020 - Şahdəniz 2-dən Avropaya qaz nəqli başlanıb
2021 - Cəbrayılda günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb

Azərbaycanda möhtəşəm 30 il 

Əməliyyatlarımız


bp 30 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədəki ən böyük xarici investordur. Biz qarşıdan gələn onilliklərdə də Azərbaycanla birgə enerji layihələrimizin həyata keçirilməsi öhdəliyinə sadiq qalırıq və regiondakı biznesimizdə diqqətimizi əhəmiyyətli artım potensialına malik əsas aktivlərimizə və işlənmə layihələrinə cəmləmişik. 
Xəzər regionunda əsas fəaliyyətimiz Azərbaycandadır və biz bu ölkəni dəyərli enerji tərəfdaşımız kimi görürük və hesab edirik ki, Azərbaycan regional inkişafa əhəmiyyətli töhfə verir. Burada biz hazırda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eyni dərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatoruyuq.

Biz həmçinin burada dünya səviyyəli obyektlərə və infrastruktura malikik, belə ki, hər iki yataq böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində yerləşən dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri və eləcə də qazı Türkiyəyə və daha sonra isə Avropaya nəql etmək üçün Şahdəniz Mərhələ 2 çərçivəsində inşa edilmiş yeni qaz ixrac sistemi daxildir.


Azərbaycanla tərəfdaşlığımız


Biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla mükəmməl tərəfdaşlıqlar qurmuşuq. Xəzər regionundakı 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə bilən aparıcı operatoruq.

Biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik. 

Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi (müddəti uzadılmış yeni saziş çərçivəsində), AYDS, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik.

 

Yeni strategiyamız

 

Qlobal miqyasda, biz dünyanın iqlim sahəsindəki məqsədlərinə nail olmasına kömək etmək üçün yeni hədəf və məqsədlər təyin etmişik. Biz enerjiyə daim artan tələbatı ödəməyə kömək etməklə yanaşı, həm də az karbonlu texnologiyalara sərmayə qoymaqla və biznesimizdə innovasiyaları sürətləndirməklə təmiz enerji sahəsindəki yeni imkanlara getdikcə daha çox diqqət yetirəcəyik. Bu məqsədlə biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla yeni imkanlar üzərində sıx işləməyə davam etməklə, ölkənin enerji keçidinə kömək edəcəyik və onun təmiz enerji üzrə səylərinə töhfə verəcəyik.

 

Sosial sərmayə layihələrimiz


Son 30 il ərzində biz ən çox irəliləyiş əldə edə biləcəyimizə inandığımız sahələrə yönəlməklə Azərbaycanın davamlı inkişaf səylərinə böyük töhfə vermişik. Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Ölkənin uzunmüddətli və etibarlı tərəfdaşı olaraq biz yerli potensialın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, daha yüksək təhsil standartlarına nail olunması, yerli icmaların inkişafı üçün imkanların yaradılması, yerli sahibkarlığın inkişafı, ətraf mühitin qorunması və ölkənin idman potensialının artırılmasında, habelə onun zəngin mədəni irsinin tədqiqi və təbliğində mühüm rol oynamaq öhdəliyimizə sadiq qalırıq.

DWG Platform, Caspian Sea, Photo: Stuart Conway/ BP
Photo: Stuart ConwayBP Azerbaijan - West Azeri Platform June 2009
Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

1992: bp-nin Azərbaycanda ilk ofisi açılıb 

1994: Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalanıb 

1996: Səngəçal terminalının tikintisi başlanıb 

1996: Şahdəniz yatağı üzrə HPBS imzalanıb 

1997: AÇG yatağından ilk neft hasil olunub 

1999: Şahdəniz qaz-kondensat yatağı açılıb 

2001: Azəri-Çıraq-Dərinsulu Günəşli(AÇG)-nin tammiqyaslı işlənməsinin qərarı verilib 

2002: Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tikintisi başlanıb 

2004 Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) tikintisi başlanıb 

2005: Azəri-Çıraq-Dərinsulu Günəşli(AÇG)-nin tammiqyaslı işlənməsindən hasılat başlanıb (Mərkəzi və Qərbi Azəri) 

2005: Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılışı olub 

2006: İlk Bakı-Tbilisi-Ceyhan (BTC) neft tankeri Ceyhandan yola salınıb 

2006: Şərqi Azəridən hasilat başlanıb

2006: Şahdəniz yatağından ilk qaz hasil olunub və CQBK istismara verilib 


2008: Dərinsulu Günəşlidən hasilat başlanıb


2010: Şəfəq-Asiman üzrə HPBS imzalanıb 

 

2013: Şahdəniz 2 üzrə Yekun İnvestisiya Qərarı elan olunub 

 

2014: Qərbi Çıraqdan hasilat başlanıb 

 

2014: Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə HPBS imzalanıb 

 

2014: Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyulub 

 

2017: Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə HPBS yenidən işlənib və uzadılıb 

 

2018: D230 bloku üzrə HPBS imzalanıb 

 

2018: Şahdəniz 2-dən Türkiyəyə ilk kommersiya qazının nəqli başlanıb 

 

2019: Azəri Mərkəzi Şərqi (ACE) platformasının tikintisi başlanıb 

 

2020: Şahdəniz 2-dən Avropaya qaz nəqli başlanıb 

 

2021: Cəbrayılda günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb 

 

 

 

 

 

 

 

Son 30 ildə ən böyük nailiyyətlərimizə
bu videoda nəzər salın