Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır.
Ceyhan Terminalı 144 hektar (1,44 kv. km) ərazini əhatə edir. Burada aşağıdakı obyektlər yerləşir:
- Hər birinin tutumu bir milyon barel olan, üzən damlı yeddi xam neft saxlama çəni (diametri 100 metr, hündürlüyü isə 20 metr).
- Hər birinin tam yükqaldırma qabiliyyəti 300000 tona qədər olan iki tankeri eyni zamanda yükləməyə imkan verən iki yanalma körpüsünə malik,
- uzunluğu 2,6 km təşkil edən xam neft ixracı limanı.
- Monitorinq və idarəetmə üçün ehtiyat sistem (əsas idarəetmə Səngəçal terminalından həyata keçirilir).
- Neft saxlama çərlərindən tanker yükləmə ərazisinə qədər 6km uzanan xətlər (2x42" yükləmə xətti, 6X16" yükləmə qolu).
- Uçucu üzvi birləşmələri (UÜB) yandırma qurğusu (2x16" UÜB ayırma qolu, 6 UÜB yerüstü məşəli).
- Sahədə yerləşən çirkab su təmizləmə qurğusu.
- İnzibati obyektlər və yaşayış obyektləri.
İllik ixrac imkanı - 50 milyon ton neft.
Terminal Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru olan Türkiyə dövlət şirkəti, "Botas International Limited" (BIL) tərəfindən istismar olunur.
Terminal 2006-cı ilin mayından istismardadır.