Shah Deniz 2 and SCPX progress
Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır. Bundan sonra əlavə kəmər sistemləri Cənub Qaz dəhlizi marşrutu üzrə 6 milyard kub metr qazı Türkiyəyə, əlavə 10 milyard kub metr qazı isə Avropadakı bazarlara çatdıracaq. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800metr dərinliyinə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.
Şahdəniz 2 layihəsi üzrə işlərin gedişi
Şahdəniz Mərhələ 2 üzrə cari konsepsiyaya aşağıdakılar daxildir:
2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.
İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.
2021-ci ilin ikinci rübündə Şahdəniz 2 çərçivəsində hasilata başlayan şərq-cənub cinahı il ərzində tam hasilat səviyyəsinə çatdı. Cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatdı.
Qərb-cənub cinahında İsrafil Hüseynov borudüzən gəmisi sualtı boruların quraşdırılmasını uğurla və qrafiki qabaqlayaraq başa çatdırdı. Bu işlər zamanı gəmi özünün ən yüksək icra və məhsuldarlıq göstəricilərinə nail olmuşdur və bu da şərq-şimal cinahında 2022-ci ilin ikinci rübünə planlaşdırılan sualtı borudüzmə işlərini daha tez, 2021-ci ildə başlamağa imkan vermişdir.
Ümumilikdə, qərb-cənub cinahında bütün sualtı quraşdırma işləri 2022-ci ilin ortalarına planlaşdırılan hasilatın başlanması istiqamətində qrafikə uyğun davam edir.
2021-ci ildə həmçinin şimal cinahında 5-ci quyudan hasilata başlanmışdır. Bu, Xəzər dənizində hasilatda olan sualtı istismar manifolduna bağlanmaqla işə salınan ilk sıxlaşdırma quyusu (ilk yerləşmə şəbəkəsini sıxlaşdırmaq üçün qazılmış quyu) idi. Bütöv bu əməliyyat həmin cinahdakı mövcud hasilat quyularının işini dayandırmadan tam təhlükəsiz şəkildə həyata keçirilmişdir.