1. Əsas səhifə
  2. Karyera
  3. Tələbə və məzunlar
  4. Təcrübə proqramı

Təcrübə proqramı

Bizimlə möhtəşəm karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız? Təcrübə proqramının tərkib hissəsi kimi sizə bu imkanı yaradırıq. Bu fürsəti əldən verməyin və proqram üçün müraciət edin. Proqramla bağlı tələblərlə tanış olun
Bu səhifədəkilər

bp Azərbaycan 2024-cü il tələbələr üçün təcrübə və məzunların işə qəbulu proqramları üzrə ərizə qəbulu başlayıb

bp Azərbaycan hasilat və istismar əməliyyatları sahəsində çox maraqlı təcrübə imkanları təklif edir.

2024-cü il üçün yay təcrübə proqramımız karyeranızı aşağıdakı sahələrdən birində inkişaf etdirmək üçün möhtəşəm bir fürsətdir:
 
  • neft-qaz mühəndisliyi və yataqların işlənməsi
  • geoloji-geofiziki elmlər (geologiya, geofizika, lay təzyiqi/layın yarılma təzyiqi qradiyentinin (PPFG) proqnozlaşdırılması) 
  • quyular
  • ixtisaslaşma sahələri və layihə mühəndisliyi (NÖC və idarəetmə, elektrik sistemləri, texnoloji proses, fırlanan mexanizmli avadanlıq, mexanika)
  • maliyyə
  • insan resursları və korporativ mədəniyyət
  • SƏTƏM

 

Müraciətlərin qəbulu 31 oktyabr 2023-cü il tarixindən 4 yanvar 2024-cü il tarixinədək davam edəcək.

Əmək haqqı və imtiyazlar

Tələblər

  • Rəqabətli əmək haqqı
  • Tibbi sığorta və ailəyə dəstək planları
  • Çevik iş qrafiki
  • Müvafiq bakalavr və/və ya magistr dərəcəsi
  • 2024-cü il üçün təcrübə keçmə proqramımıza 2025-ci tədris ilində məzun olanlar müraciət edə bilərlər
  • Təzyiq altında işləmək bacarığı, güclü liderlik keyfiyyətləri, insanlarla ünsiyyət və komandada işləmək bacarıqları
  • Azərbaycan vətəndaşlığı

Məsləhətlər