Skip to main content
  1. Əsas səhifə
  2. Biz kimik
  3. bp barədə qısa icmal
  4. İnvestorlar

İnvestorlar

bp müştərilərinə həll yolları təqdim edən inteqrasiya edilmiş enerji şirkəti olmaq strategiyasını davam etdirir

2025-ci ilin 2-ci rübü üzrə nəticələr

Biz planımızı icra edir, intizamlı şəkildə sərmayə yatırır və fəaliyyətin yaxşılaşdırılmasını təmin edirik – bütün bunlar isə pul axınını, gəlirləri və uzunmüddətli səhmdar dəyərini artırmağa xidmət edir.

bp üçün bu rüb həm əməliyyat, həm də strateji baxımdan güclü göstəricilərlə dolu növbəti bir rüb olub. Biz apstrim fəaliyyətlərini artırmaq və diqqəti daunstrim fəaliyyətlərinə cəmləmək istiqamətində planımızı həyata keçiririk və hər ikisində də etibarlılığı 96%-dən yuxarı səviyyədə saxlayırıq. Cari ildə bu vaxtadək biz beş yeni böyük neft və qaz layihəsini istismara vermiş, daha dörd layihəni təsdiqləmiş və o cümlədən Braziliyadakı Bumeranq blokunda kəşf edilən əhəmiyyətli ehtiyatlar daxil olmaqla on yeni kəşfə imza atmışıq.Mürrey Okinloss,Baş icraçı direktor

 

İnvestor barədə 2023-cü ilin yenilikləri

BP neft və qaz, həmçinin, bioqaz biznesini diqqət mərkəzində saxlayaraq, investor barədə yeniliklərin təqdim olunması üçün 10-11 oktyabr 2023-cü il tarixlərində Denver şəhərində keçirilən tədbirə və bpx şirkətinin Perm yatağındakı əməliyyatlar ilə tanışlıq  məqsədilə təşkil edilən səfərə ev sahibliyi etmişdir

Niyə bp-yə investisiya qoymalı

Hesab edirik ki, bp-nin səhmdarların dəyərinin uzunmüddətli artımına təkan verəcək cəlbedici investor təklifi var və bu məqsədlə biz əsas diqqətimizi transformasiya prosesimiz çərçivəsində öhdəliklərimizi yerinə yetirməyə sadiq qalmaqla yanaşı Beynəlxalq Neft Şirkətindən (BNŞ) İnteqrasiya edilmiş Enerji Şirkətinə (İEŞ) çevrilməyə yönəltmişik. Həmçinin inanırıq ki, bununla cəlbedici gəlir əldə edə biləcəyik.