Seçim prosesi

Təcrübə və məzun proqramlarında iştirak, seçim prosesi, ərizənin doldurulması, imtahanla bağlı suallarınıza cavab tapmaq istəyirsiniz? Elə isə, bu bolmədəki məlumatlar və faydalı məsləhətlər ilə tanış olun.

Birinci mərhələ - Onlayn ərizə formasının doldurulması

Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün Ixtisas uyğunluğu sənədini yoxlayın.

Proqramda iştirak etmək üçün Ərizə formasını doldurun.

Ikinci mərhələ - İngilis dili və qabiliyyət imtahanları

Birinci mərhələdən uğurla keçən namizədlər ingilis dili və bacarıq testlərinə dəvət olunur.

İngilis dili üzrə test nümunəsi
Rəqəmsal analiz üzrə test nümunəsi
Sifahi analiz üzrə test nümunəsi

Üçüncü mərhələ - Texniki və davranış müsahibəsi

İkinci mərhələdən uğurla keçən namizədlərin nəzəri bilikləri və davranışları müsahibə zamanı dəyərləndirilir.

Dördüncü mərhələ - Son seçim

Seçimin nəticəsi təcrübəçilərə iyun, məzunlara isə  iyul ayının əvvəlində bildirilir.

Müsahibəyə dair ümumi məsləhətlər

  • Hazırlaşmadan müsahibəyə gəlməyin
  • Müsahibəyə gecikməyin
  • Ofisin geyim kodeksinə riayət edin
  • Özünüz, təhsiliniz və iş təcrübəniz haqqında hər hansı yanlış/həqiqətə uyğun olmayan məlumat verməyin
  • Əvvəlki iş təcrübəniz (əgər varsa) haqqında pis danışmayın
  • Müsahibə ərzində təhqiramiz və münasib olmayan zarafatlar/şərhlər qəbuledilməzdir
  • Mobil telefonlarınızı səssiz rejimə keçirin
  • Müsahibə götürənlərlə göz əlaqənizi saxlamağa çalışın
  • Bu işə uyğun niyə ən yaxşı namizəd olduğunuz haqqında düşünün
  • İddialı, özünə inamlı və əmin olun
  • Qısa və aydın danışın, söhbəti uzatmayın, nümunələr verin
  • Hə/yox tipli cavablar verməyin
  • Saqqız çeynəməyin.

Texniki müsahibəyə dair məsləhətlər

  • Müsahibədə uğur qazanmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır
  • Müsahibədən qabaq şirkət haqqında məlumat toplayın. Veb saytlara baxın, neft-qaz sənayəsi və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionundakı fəaliyyəti haqqında daha çox öyrənin
  • Müsahibə öz bilik, bacarıq və münasibətinizi göstərmək üçün əla imkandır. Müsahibə gələcəkdə bir yerdə işləyə biləcəyiniz insanlarla üzbəüz ünsiyyət qurmaq üçün imkan yaradır – odur ki, özünüz olun.
  • Təcrübə və bacarıqlarınız haqqında aydın və həvəslə danışın, uğurlarınızı və unikallığınızı vurğulayan dəqiq nümunələr göstərin
  • Qısa fasilələrdən qorxmayın – cavabınızı formalaşdırmaq üçün bir az vaxta ehtiyacınız ola bilər
  • Soruşulan suala cavab verin – verilən sualı tam başa düşün və aydın olmadıqda, yenidən dəqiqləşdirin
  • Suallar verin – verdiyiniz suallar şirkətə və ya işə olan marağınızı göstərir. İstənilən sualı verin, amma çalışın, suallarınızı müsahibənin sonuna saxlayasınız.

Müsahibəyə necə hazırlaşmalı

  • Texniki müsahibə - təməl biliklərin əsl həyat hadisələrinə tətbiqi haqqında müzakirədir
  • Müraciət etdiyiniz ixtisasla bağlı spesifik problem və ya situasiyanı həll etməkdə öz yanaşmanızı göstərməyinizi tələb edən işlə bağlı sual, problem və ya ssenarilər təqdim ediləcəkdir
  • Universitet ərzində keçdiyiniz dərslərin siyahısı soruşulan sualları seçməyə kömək edəcəkdir
  • Müsahibə ərzində diqqət yetiriləcəkdir: Texniki biliklərinizin sübutu; Fizika, kimya, riyaziyyat və digər aidiyyatı elm/fənnlər barəsində biliyinizin dərinliyi; Təməl mühəndislik prinsipləri haqqında anlayış; Bu biliyi real həyat/praktiki ssenarilərə tətbiq