Rəhbərliyimiz

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə BP-nin rəhbərliyi ilə tanış olun

Qəri Counz

Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezident 
Qəri Counz 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir. Bundan əvvəl o, BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəri idi. Qəri BP-yə 1981-ci ildə gəlib və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrində çalışıb. Qəri Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var.

Bəxtiyar Aslanbəyli

Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezident
Bəxtiyar regional strategiyanı idarə etməklə əlaqələr və xarici işlər, etik normalar və qaydalara uyğunluq sahələrinə cavabdehlik daşıyır və regional rəhbərlik qrupu üçün vergi və gömrük sahəsi üzrə əlaqələndirici şəxs qismində çıxış edir. Vergi və gömrük məsələləri üzrə regional menecer kimi fəaliyyət göstərdiyi sonuncu vəzifəsində Bəxtiyar vergi və gömrük məsələlərinin idarə olunmasına cavabdehlik daşıyırdı.

Yuan Dramond

AGT layihələri üzrə vitse-prezident
Yuan bütün  AÇG və  Şahdəniz layihələrinə cavabdehdir. O, Azərbaycana təyinatından əvvəl BP şirkətinin Böyük Britaniya, Norveç, İndoneziya və ABŞ-da yerləşən nümayəndəliklərində layihələrin idarə edilməsi və əməliyyatlar üzrə işləyib və bu sahələrdə 30 ildən artıq iş təcrübəsinə malikdir.

Orxan Quliyev

Əməyin təhlükəsizliiyi və əməliyyat riskləri üzrə vitse-prezident
Orxan risklərə qarşı görülən tədbirlərin effektivliyini yoxlamaq üçün təminat fəaliyyətinin icrasına və regional əməliyyat risklərinin müstəqil şəkildə nəzərdən keçirilməsinə cavabdehlik daşıyır. O, BP-də 20 illik iş təcrübəsinə malikdir. Bundan əvvəl, o, Çıraq Dərinsulu Günəşli sahəsinin əməliyyatlar üzrə meneceri vəzifəsində işləyib.

Brənt Hasebe

Yataqların işlənməsi üzrə vitse-prezident 

Brənt  bütün yataqların idarə olunmasının və işlənməsinin planlaşdırılmasına cavabdehdir. O, BP şirkətindəki fəaliyyətinə 1997-ci ildə başlayıb və 2013-cü ildə BP-nin Şimali Amerika Qaz bölməsində yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə təyin olunmazdan əvvəl  Alyaska, Birləşmiş Krallıq və Azərbaycanda əməliyyat, mühəndis-layihələndirmə və texniki sahələrdə bir sıra rəhbər vəzifələrdə işləyib.

Toni Hant

Əməliyyatlar üzrə vitse-prezident 
Toni AGT üzrə BP-nin dəniz əməliyyatlarının təhlükəsizliyinə, etibarlılığına və uygunluğuna görə cavabdehdir. BP ilə 30 ildən artıq əməkdaşlığı ərzində o, Birləşmiş Krallıqda, dənizdə və quruda, Anqolada əməliyyatlar üzrə rəhbər vəzifələr də daxil olmaqla müxtəlif vəzifələrdə çalışmışdır.

Karolin Gilbert

Hüquq müşavirinin köməkçisi
Karolin AGT regionunun biznes fəaliyyəti üzrə hüquqi məsləhət xidmətlərinin göstərilməsinə cavabdehdir. O, 2000-ci ilin martında BP-nin Aberdin ofisində işə başlayıb.  Bundan əvvəl o, Şimal Dənizi və  Norveçdə  rəhbər müşavir kimi işləyib. Sürətli templə irəliləyən kəşfiyyat və hasilat regionunda kommersiya baxımından mürəkkəb əməliyyatlar üzrə işləməklə, Karolin hüquq sahəsində rəhbər şəxs kimi özü ilə dərin bilik və təcrübələr gətirir.

Emil İsmayılov

Planlaşdırma və kommersiya əməliyyatları rəhbəri
Emil BP şirkətində 15 ildən artiqdır ki fəaliyyət göstərir və bunun əksər hissəsini kəşfiyyat və hasilat seqmentindəki maliyyə bölməsində işləyib və planlaşdırma, kommersiya əməliyyatları və biznesin inkişafı sahələrində müxtəlif vəzifələr tutub. Onun sonuncu vəzifəsi AGT/Asiya,Sakit Okean/Şimali Afrika və Yaxın Şərq regionlarında tətbiqi planlaşdırma üzrə vitse-prezident olub. İndi o, AGT regionu boyunca BP-nin kommersiya və biznesin planlaşdırılması fəaliyyətlərinə cavabdehlik daşıyır.

Kəsal Kelli

AÇG qlobal layihələr təşkilatı (QLT) üzrə vitse prezident 
Kəsal  aşağıdakı QLT layihələrinə rəhbərlik etməyə və onların istiqamətləndirilməsinə cavabdehdir: AÇG üzrə gələcək neft və qaz işlənmələri də daxil olmaqla AÇG üzrə iri layihələr, AÇG üzrə B kateqoriyalı layihələr, o cümlədən AÇG üzrə sualtı suvurma və lay suyu layihələri və Qərbi İxrac boru kəməri (QİBK) üzrə seksiyaların dəyişdirilməsi layihəsi. Onun Xəzər regionundakı layihələrdə iş təcrübəsi var və bundan əvvəl Şahdəniz 2 layihəsinin baş meneceri qismində fəaliyyət göstərib

Elxan Məmmədov

Hasilat üzrə vitse-prezident 
Elxan AGT-də  hasilatın idarə olunmasına, o cümlədən hasilatın artırılıması üzrə heyətlərə nəzarətə məsuliyyət daşıyır. O, bütün tərəfdaşlar və SOCAR ilə hasilata dair bütün görüşlərdə vahid məsul şəxsdir.  Bundan əvvəl, o,  Azəri  sahəsi, Azərbaycan  ixrac sahəsi üzrə  əməliyyat meneceri və  Çıraq platfromasında  qurğu üzrə menecer kimi işləyib. 

Co Mörfi

Cənub Dəhlizi üzrə vitse-prezident
Co Şahdəniz üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün Cənub Dəhlizi məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən Şahdəniz QDZ-in Yunanıstan, Albaniya, İtaliya hökumətlərinə və Avropa Komissiyasına təqdim olunmasına cavabdehdir. Co BP şirkətinə 2000-ci ildə gəlib.

Leyla Novruzova

İnsan resursları üzrə vitse-prezident 
Leyla effektiv insan resursları (İR) əməliyyatlarının aparılması, bununla bağlı risklərin idarə olunması, işçilərlə münasibətlər və normaiv uyğunluğa cavabdehdir. O, 1993-cü ildə “Amoco”da işə başlayıb və “BP-Amoco” birləşməsindən sonra Azərbaycan, həmçinin Paksitan, Rusiya və ABŞ-da yüksək İR vəzifələrində işləyib.

Zaur Paşayev

Midstrim əməliyyatları üzrə vitse-prezident 
Zaur  AGT  Midstrim təşkilatında  əməliyyatların təhlükəsizliyi, etibarlılığı və səmərəliliyinə görə  cavabdehdir. Bundan əvvəl, o Səngəçalda sahənin əməliyyatlar üzrə meneceri, Şahdənizdə  sahənin əməliyyatlar üzrə meneceri və Çıraq 1 platformasında dəniz qurğusunun  meneceri işləmişdir. Karyerasının ilk illərində o, Midstrim əməliyyatları bölməsində ixrac boru kəmərləri sahəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

Qreq Rayli

Geoloji-kəşfiyyat üzrə vitse-prezident
Qreq Xəzər regionunda geoloji-kəşfiyyat işlərinə, o cümlədən geoloji-kəşfiyyat proqramlarının davam etdirilməsi və yeni sahələrin tədqiq edilməsinə cavabdehdir. Qreq AGT regionunda kəşfiyyat, qiymətləndirmə və işlənmələr sahəsi üzrə bir sıra vəzifələrdə işləyib.

Mik Stamp

AGT üzrə vitse prezident və BP Türkiyə üzrə prezident 
Mik bizim Türkiyədəki biznes fəaliyyətimizin kompleks şəkildə icrasına, habelə ölkədaxili  münasibətlərə və riskin idarə olunmasına görə cavabdehdir. O, neft və qaz sənayesində 35 ilə yaxın təcrübəyə malikdir. Bundan əvvəl Mik BP-nin qlobal portfelində quru əməliyyatları üzrə vitse prezident vəzifəsində işləmişdir.

Filip Aşervud

Təchizat-tədarük məsələləri üzrə baş məsul şəxs
Filip AGT-də təchizat və tədarükün idarə edilməsinə (TTİD) aid bütün tələbat və fəaliyyətlərin inteqrasiyasına görə cavabdehdir. O, regionda bu funksiyanı təmsil edir, tərəfdaşlar, tranzit hökumətlərlə TTİD əlaqələrini idarə edir. Onun satınalmalar üzrə 25 ildən artıq təcrübəsi var. Bundan əvvəl o, Yaxın Şərq regionunda təchizat-tədarük məsələləri üzrə baş məsul şəxs işləyib.  

Mayk Zanqi

Quyular üzrə vitse-prezident 
Mayk AGT regionunda quyularla bağlı bütün fəaliyyətlərin təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə həyata keçirilməsinə cavabdehdir. O, həm dəniz, həm də quru əməliyyatlarında mühəndis-texniki tədbirlər, tamamlama və qazma  sahələri boyunca əməliyyatlar və mühəndislik sahələrində rəhbər vəzifələrdə işləyib və neft mədəni sahəsində 33 ildən artıq təcrübəya malikdir. Son altı ildə  o, Meksika  Körfəzi regionunda quyular üzrə vitse prezident vəzifəsində işləmişdir.