Azəri-Chirag-Günəşlinin tarixçəsi

Azəri-Çıraq-Günəşli yataği ilə bağlı baş verən bütün əlamətdar hadisələrin tarixçəsinə nəzər salın.

2016

23 dekabr - SOCAR və ABƏŞ AÇG yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsiplərini imzaladılar

15 Avqust- AÇG yatağında 1997-ci ildə Çıraq platformasında hasilata başlandığı müddətdən bu vaxtadək əldə olunmuş hasilat həcmi 3 milyard barelə çatdı

2015

3 sentyabr - Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmiş neftin yüklənildiyi 3000-ci tanker yola salındı.

13 Fevral - Mərkəzi Azəri platforması 10 illik yubileyini qeyd etdi

2014

20 sentyabr - BP və onun tərəfdaşları Əsrin Müqaviləsinin 20 illiyini qeyd etdilər

21 aprel – Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmiş neftin yüklənildiyi 2500-cü tanker yola salındı.

28 yanvar- Qərbi Çıraqdan hasilat başladı.

2013

16 sentyabr – Qərbi Çıraq platformasının üst modulları Azəri-Çıraq-Günəşli yatağında dayaq blokunun üzərinə təhlükəsiz şəkildə quraşdırıldı.

Aprel - Qərbi Çıraq platformasının dayaq bloku Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsindən yola salındı və öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq tavasının üzərində təhlükəsiz şəkildə quraşdırıldı.

2012

7 noyabr - Çıraq ilk neftin əldə edilməsindən bəri uğurlu hasilatın 15-ci ildönümünü qeyd etdi.

23 oktyabr - Qərbi Cıraq platfroması ucun dayaq blokunun Bakı Dərin Özüllər Zavodunda tikintisi başa catdı

18 may - Azəri-Çıraq-Günəşli yatağında 2 milyardıncı barel hasilat qeyd olundu

2010

13 sentyabr - Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına xam neftin bir milyardıncı bareli nəql edildi.

9 mart - Çıraq neft layihəsinin işlənməsi üçün 6 milyard dollar sərmayə qoyulmasına sanksiya verildi.

2008

22 aprel – Azəri-Çıraq-Günəşli yatağındakı Dərinsulu Günəşlidə hasilata başlandı.

2006

12 oktyabr – Azəri-Çıraq-Günəşli (ACG) yatağındakı Şərqi Azəridə hasilata başlandı.

13 iyul – Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tam şəkildə istismara verilməsi qeyd edildi. BTC neft ixrac boru kəmərinin Türkiyə hissəsinin rəsmi açılışı baş tutdu.

4 iyun – BTC boru kəməri Ceyhan terminalından ilk nefti yola saldı.

26 may - Mərkəzi Azəriyə Birinci qaz vuruldu.

5 yanvar - ACG yatağındakı Qərbi Azəridə hasilata başlandı

2005

12 oktyabr – Gürcüstan, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin Gürcüstan hissəsinin rəsmi açılışı baş tutdu.

25 may – Azərbaycan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən BTC neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin rəsmi açılışı baş tutdu.

14 fevral - Azəri-Çıraq-Günəşli yatağındakı Mərkəzi Azəridə hasilata başlandı.

Dekabr - AÇG yatağındakı Qərbi Azəridə hasilata başlandı.

2004

20 sentyabr - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və xarici neft şirkətlərindən ibarət konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Saziş imzaladılar.

20 sentyabr - Azəri-Çıraq-Günəşli Faza 3 üçün sanksiya verildi. “Əsrin müqaviləsinin” 10-cu illiyi qeyd olundu.

3 fevral - BTC layihənin maliyyə sazişlərini imzaladı.

2002

12 sentyabr - Azəri-Çıraq-Günəşli Faza 2 və Bakı-Tbilisi-Ceyhan layihələrinə sanksiya verildi.

2001

30 avqust - Azəri-Çıraq-Dərinsulu Günəşli Faza 1 layihəsinə sanksiya verildi.

1999

20 sentyabr - Əsrin müqaviləsinin 5 illiyi təntənəli şəkildə qeyd olundu.

17 aprel - Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri Qərb İxrac Boru Kəməri Marşrutunu və Qara dənizin Gürcüstan sahilindəki Supsa Terminalını təntənə ilə açdılar.

8 aprel - Səhmdarlar birinci neft tankerini Supsadan (Gürcüstan) yola saldılar.

1998

10 dekabr - İlkin ABƏŞ neftinin birinci barelləri Qərb Marşrutunun boru kəməri sisteminə vuruldu.

12 yanvar - İlkin ABƏŞ neftinin birinci barelləri Şimal Marşrutu boru kəməri sisteminə vuruldu.

24 mart - Səhmdarlar birinci neft tankerini Novorossiyskdən (Rusiya) yola saldı.

1997

12 noyabr - Çıraqdan Birinci Neftin hasil edilməsi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Heydər Əliyevin Fərmanına uyğun olaraq rəsmən ümumxalq bayramı kimi qeyd edildi. Səngəçal terminalının təntənəli açılışı oldu.

7 noyabr - Çıraq-1 platformasından Birinci Neft hasil edildi.

1996

24 avqust - Zati-aliləri Prezident Heydər Əliyev modernləşdirilmiş Dədə Qorqud yarımdalma qazma qurğusunu təntənəli surətdə açdı. Prezident Əliyev elə həmin gün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) yenicə təmir edilmiş Villa Petrolea II adlı ofisini də açdı.

8 mart - Azərbaycan Respublikası və Gürcüstan Hökumətləri Azərbaycan neftinin Bakıdan Supsaya boru kəməri ilə tranziti üzrə Hökumətlərarası Sazişi imzalandı.

18 yanvar - Azərbaycan Respublikası və Rusiya Federasiyası Hökumətləri Azərbaycan neftinin Bakıdan Novorossiyskə boru kəməri ilə tranziti üzrə Hökumətlərarası Sazişi imzalandı.

1995

9 oktyabr - Üçüncü Rəhbər Komitə İlkin Neft Layihəsini, eləcə də İlkin Neftin ixracının iki variantını – Rusiyadan keçən Şimal və Gürcüstandan keçən Qərb variantlarını təsdiq etdi.

24 yanvar - Birinci Rəhbər Komitə toplanır. Zati-aliləri Prezident Heydər Əliyev Komitəyə müraciətlə çıxış etdi.

1994

12 dekabr - Azərbaycan Parlamenti Hasilatının Pay Bölgüsü haqqında Sazişi (HPBS) ratifikasiya edir və onu həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təsis olundu.

20 sentyabr - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və xarici neft şirkətlərindən ibarət konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Saziş imzaladılar.