BP-nin Statistik Təhlilinin 65-ci buraxılışı dünyanın daha az karbon tərkibli yanacaqlara keçdiyini göstərir

8 iyun 2016-cı il

Bu gün buraxılmış BP-nin Dünya Enerjisinə dair Statistik Təhlilinin 65-cı buraxılışında 2015-ci il üzrə enerji göstəriciləri verilir və həmin ildə qlobal enerji tələbatı və təchizatında ön plana çıxan əhəmiyyətli uzunmüddətli tendensiyalar onu göstərir ki, dünyada enerji istehlakı daha da zəifləyir və enerji strukturu daha az karbon tərkibli yanacaqlara doğru dəyişir.

1952-ci ildə dərc edilmiş ilk buraxılışından etibarən BP-nin Statistik Təhlili müvafiq vaxtlarda obyektiv məlumatları özündə əks etdirməklə enerji ilə bağlı məsələlərdə aparılan müzakirələr, debatlar və qərarlarvermə prosesləri üçün dəyərli məlumatlar təmin edib. Oradakı illik göstəricilər enerji sektoruna bazardakı tərəddüdləri və dəyişkənlikləri daha yaxşı təfsir etməyə kömək edir və statistik göstəricilər enerji bazarlarının hansı istiqamətdə irləlilədiyini ölçmək üçün mühüm kontekst verir.

Bugünkü buraxılışdan bəhs edən BP Qrupunun baş icraçı direktoru Bob Dadli dedi: “Bu buraxılışda Statistik Təhlil aydın şəkildə göstərir ki, enerji sektorunda yenidən əsaslı dəyişiklik dövrü yaşanır. Lakin, bu, bizim sektor üçün yeni bir hal deyil; ötən 65 il ərzində Statistik Təhlil qlobal enerji sektorundakı mənzərədə davamlı dəyişiklik olduğunu göstərib. Neft-qaz sektoru olaraq bizim qarşımızda duran məsələ yaxın müddətdə öz dayanıqlığımızı təmin etmək üçün lazımi tədbirlər görmək və eyni zamanda gələcəyin enerji ehtiyaclarını qarşılayacaq investisiyaların qoyulmasını davam etdirməkdir.”

Statistik Təhlil göstərir ki, 2015-ci ildə dünyada ilkin enerji mənbələrinə tələbat yalnız 1% artıb və bu da 10 illik orta göstəricidən əhəmiyyətli dərəcədə daha zəif temp göstəricisidir. Bu, dünya iqtisadiyyatındakı tempin davamlı zəifləməsini bildirir və Çinin enerji istehlakında artımın nisbətən daha az olduğunu göstərir, çünki bu ölkə sənaye yönümlü iqtisadiyyatdan xidmət yönümlü iqtisadiyyata keçir.

Təchizat nöqteyi nəzərindən baxdıqda, baş verən texnoloji inkişaf müxtəlif yanacaq növlərinin çeşidini və mövcudluğunu artırıb. ABŞ-da şist nefti və şist qazı sahəsindəki inqilabi irləliləyiş böyük neft və qaz ehtiyatlarının yolunu açdı və sürətli texnoloji nailiyyətlər bərpa olunan enerji mənbələri sahəsində güclü artıma dəstək verdi. 2015-ci ildə təbii qaz və neft göstəricilərində də əsaslı artım qeydə alınıb, dünyada kömürə olan tələbatda isə bu vaxtadək qeydə alınmış ən böyük azalma müşahidə olunub.

Ötən il bütün növ mədən yanacağı enerjisi üzrə qiymətlər aşağı düşüb və bu da enerji bazarlarında tənzimləmələrə təkan verib; bəzi bazarlarda (əsasən də ilk dəfə olaraq 1999-cu ildən etibarən bazarda özünəməxsus pay qazanmış neft) tələbatı artırıb və bəzilərində isə təchizatı azaldaraq yanacaq balansının strukturunu dəyişib.

Tələbatda artımın zəif olması və eləcə də kömürdən uzaqlaşmaqla enerji strukturunda baş verən dəyişiklik onu göstərir ki, enerji istehlakından irəli gələn karbon emissiyalarında artım 2015-ci ildə dayanıb. Hadisələrin bu istiqamətdə inkişafı təxminən əsrin dörddə bir hissəsi ərzində emissiyaların artımında qeydə alınmış ən kiçik artımı əks etdirir (maliyyə böhranından dərhal sonrakı dövr istisna olmaqla).

Review highlights – energy developments

  • 2015-ci ildə dünyada ilkin enerji resurslarının istehlakında sadəcə 1% artım olub və bu da 2014-cü ildəki artım səviyyəsinə (+1,1%) oxşardır, lakin 1,9% təşkil edən 10 illik orta göstərici ilə müqayisədə xeyli aşağıdır.
  • Neft qlobal enerji istehlakının 32,9%-ni təşkil etməklə dünyada aparıcı yanacaq növü olaraq qalıb və 1999-cu ildən etibarən ilk dəfə bazardakı payı artıb.
  • Kömür bazardakı payına görə ikinci ən böyük yanacaq növü (29,2%) olub, lakin 2015-ci ildə dünya bazarındakı payında azalma olmuş yeganə yanacaq növü idi. .
  • İlkin enerji istehlakı üzrə təbii qazın bazardakı payı 23,8% təşkil edib.
  • Enerji istehlakında artım Avropa və Avrasiya istisna olmaqla bütün regionlarda 10 illik orta göstəricidən aşağı olub.
  • Baxmayaraq ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr dünyada enerji istehlakındakı artımda üstünlük təşkil edir, 2015-ci ildə bu ölkələrdə qeydə alınmış artım (1,6% səviyyəsində) yenə də 10 illik orta göstəricidən xeyli aşağı idi. İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin hazırda dünyada enerji istehlakında payı 58,1% təşkil edir.
  • 2015-ci ildə Çində enerji istehlakı 1,5% artıb və bu, demək olar ki, 20 il ərzində ən aşağı artım tempidir. Buna baxmayaraq, Çin ardıcıl olaraq on beşinci ildir ki, dünyada enerji üçün ən böyük artım təşkil edən bazar olaraq qalır.
  • 2015-ci ildə bütün mədən yanacaqları üçün qiymətlər aşağı düşüb. Xam neftin qiymətlərində dollar baxımından bu vaxtadək qeydə alınmış ən böyük illik azalma müşahidə edilib və bu, 1986-cı ildən bu vaxtadək faiz etibarilə qeydə alınmış ən böyük azalma göstəricisidir.

Neft

Qiymətlər
  • 2015-ci ildə “Brent” markalı neftin qiyməti hər barelə görə orta hesabla 52,39 dollar təşkil edib və 2014-cü ildəki səviyyədən azalaraq hər barelə görə 46,56 dollara enib və 2004-cü ildən bu vaxtadək ən aşağı illik orta göstərici olub.
  • Dünyada xam neftin istehlakı yenidən artdığına və ABŞ-da hasilatda hər ay getdikcə azalma qeydə alındığına görə xam neftin qiyməti 2015-ci ilin əvvəllərində artıb. Lakin, OPEK ölkələrində, xüsusən də İraq və Səudiyyə Ərəbistanında hasilatda güclü artımın olması ilin sonrakı hissəsində qiymətlərin kəskin düşməsinə səbəb oldu.
  • “WTI”–“Brent” arasındakı orta qiymət fərqi üç il ardıcıl surətdə azalaraq hər barel üzrə 3,68 dollar təşkil edib.
İstehlak və hasilat
  • Dünyada neft istehlakı gündə 1,9 milyon barel və ya 1,9% artmışdır – bu da təxminən sonuncu keçmiş orta göstəricinin (+1%) iki misli qədərdir və 2014-cü ildə müşahidə edilmiş gündə 1,1 milyon barel artıma nisbətən xeyli daha güclüdür.
  • İstehlakın nisbətən güclənməsinə səbəb İƏİT-yə üzv ölkələrlə bağlıdır, belə ki, bu ölkələrdə istehlakın artımı gündə 510000 barel (+1,1%) təşkil edib və müqayisə üçün qeyd etmək lazımdır ki, ötən on il ərzində orta hesabla 1,1% azalma olub.
  • Artım ABŞ-da (+1,6% və ya gündə 290000 barel) və Aİ-də (+1,5% və ya gündə 200000 barel) sonuncu keçmiş orta göstəricilərdən xeyli yuxarı olub və Yaponiyada (-3,9% və ya gündə 290000 barel) isə neft istehlakında ən böyük azalma qeydə alınıb.
  • Xalis neft ixracatçısı olan qeyri-İƏİT ölkələrində də əhəmiyyətli artımlar qeydə alınıb: Çində (+6,3% və ya gündə 770000 barel) yenə də tələbatda ən böyük artım qeydə alınıb, Hindistan (+8,1% və ya gündə 310000 barel) isə dünyanın ən böyük üçüncü neft istehlakçısı kimi öz yerini Yaponiyaya ötürüb. Lakin, neft hasilatçılarında artımın nisbətən zəif olması həmin artımı kompensasiya edib, belə ki, qeyri-İƏİT ölkələrində bütövlükdə neftə tələbat (+2,6% və ya gündə 1,4 milyon barel) sonuncu keçmiş orta göstəricidən aşağı olub.
  • Dünyada neft hasilatı ardıcıl olaraq iki ildir ki, istehlakın artım tempi ilə müqayisədə daha sürətlə artıb (gündə 2,8 milyon barel və ya 3,2% artmaqla) və 2004-cü ildən etibarən ən güclü artım olub.
  • İraqda (gündə +750000 barel) və Səudiyyə Ərəbistanında (gündə +510000 barel) hasilat artaraq rekord səviyyələrə çatıb və bu, OPEK ölkələrində hasilat səviyyəsini gündə 1,6 milyon barel artırmaqla gündə 38,2 milyon barelə qaldırıb, bu göstərici 2012-ci ildə qeydə alınmış əvvəlki rekord səviyyədən yüksəkdir.
  • Qeyri-OPEK ölkələrində hasilat ötən ilin rekord artım tempinə nisbətən zəifləyib, lakin yenə də gündə 1,3 milyon barel artıb. ABŞ-da (gündə +1 milyon barel) dünyada ən böyük illik əlavə artım olub və o, dünyanın ən böyük neft istehsalçısı olaraq qalıb. Braziliyada (gündə +180000 barel), Rusiyada (gündə +140000 barel), BK-da və Kanadada (hər birində gündə +110000 barel) hasilatda qeydə alınmış artım Meksikada (gündə -200000 barel), Yəməndə (gündə -100000 barel) və hər hansı digər yerlərdə qeydə alınmış azalmalarla qismən kompensasiya olunub..
Emal və alqı-satqı
  • 2015-ci ildə dünyada xam neft emalı gündə 1,8 milyon barel (+2,3%) artıb və bu da Cənubi və Mərkəzi Amerikada, Afrikada və Rusiyada müşahidə olunan azalmalara baxmayaraq 10 illik orta artım göstəricisinin üç mislindən çoxdur.
  • Emal marjalarının güclü olması xam neft emalını İƏİT-yə üzv ölkələrdə gündə 1 milyon barel artırıb və Avropada 1986-cı ildən bu vaxtadək qeydə alınmış ən yüksək göstərici (gündə +470000 barel) müşahidə olunub.
  • Dünyada emal gücü sadəcə gündə 450000 barel artıb və bu da 23 il ərzində ən kiçik artım göstəricisidir. Çində genişlənmənin gecikməsi, o cümlədən Tayvan və Avstraliyada emal müəssisələrinin bağlanması 1988-ci ildən bu vaxtadək ilk dəfə olaraq Asiyadakı emal gücünün azalması ilə nəticələnib.
  • Dünyada emal müəssisələrinin istifadə göstəricisi 1 faiz artaraq 82,1%-ə çatıb və bu da 5 ildə ən sürətli artım tempidir.
  • Xam neftin və emal edilmiş neft məhsullarının qlobal alqı-satqısı 2015-ci ildə gündə 3 milyon barel (+5,2%) artaraq, 1993-cü ildən bu vaxtadən ən böyük artım təşkil edib.
  • Yaxın Şərqdən ixrac həcmlərinin artması (gündə +550000 barel) nəticəsində xam neftin alqı-satqısı artıb, idxal həcmlərindəki ən böyük artım isə Avropa və Çinin payına düşüb (müvafiq qaydada gündə +770000 və +530000 barel).
  • Emal olunmuş neft məhsullarının ixrac həcmlərində artıma yenə də ABŞ (gündə +470000 barel) başçılıq edir; ölkənin xalis neft idxalı həcmləri gündə 4,8 milyon barel səviyyəsinə düşüb və bu da 1985-ci ildən bu vaxtadək qeydə alınmış ən aşağı göstəricidir.

Təbii qaz

İstehlak və hasilat
  • Dünyada təbii qaz istehlakı 1,7% artıb və bu da 2014-cü ildə müşahidə edilmiş çox zəif artım tempi (+0,6%) ilə müqayisədə əhəmiyyətli sıçrayışdır, lakin yenə də 10 illik orta göstəricidən (2,3%) aşağıdır. Artım qeyri-İƏİT ölkələrində orta göstəricidən (+1,9%, dünyada istehlakın 53,5%-ni təşkil edib) aşağı olub, lakin İƏİT-yə üzv ölkələrdəki orta göstəricidən (+1,5%) yuxarı olub.
  • İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr arasında İranda (+6.2%) və Çində (+4.7%) istehlakda ən böyük artımlar qeydə alınıb (hətta Çindəki artımın 10 illik orta artım tempindən (15,1%) zəif olmasına baxmayaraq). Ən böyük əlavə azalma Rusiyada (-5%) və onun ardınca isə Ukraynada (-21,8%) qeydə alınıb.
  • İƏİT-yə üzv ölkələr arasında ən böyük artım ABŞ-ın (+3%) payına düşür, Aİ-də istehlak (+4,6%) səviyyəsi 2014-cü ildəki böyük azalmadan sonra artaraq geri qayıdıb.
  • Dünyada təbii qaz ilkin mənbələrdən əldə olunan enerji istehlakının 23,8%-ni təşkil edir.
  • Dünyada təbii qaz hasilatı 2,2% artıb və bu temp istehlak səviyyəsinə nisbətən daha sürətli olub, lakin 10 illik orta göstəricidən (2,4%) aşağı olub. Artım səviyyəsi Şimali Amerikada, Afrikada, Asiya və Sakit Okeanı regionunda qeydə alınmış orta göstəricidən yuxarı olub. ABŞ-da (+5.4%) ən böyük əlavə artım qeydə alınıb və bununla yanaşı İranda (+5.7%) və Norveçdə (+7,7%) də əhəmiyyətli artım müşahidə olunub. Aİ-də hasilat səviyyəsi kəskin aşağı düşüb (-8%) və dünyada ən böyük azalma səviyyəsi Niderlandda (-22,8%) qeydə alınıb. Həmçinin Rusiya (-1,5%) və Yəməndə (-71,5%) də böyük həcmlərdə azalmalar müşahidə edilib.
Alqı-satqı
  • 2015-ci ildə dünyada təbii qazın alqı-satqısı 3,3% artıb.
  • Boru kəməri ilə nəqletmələr 4% artıb və buna Rusiyadan (+7,7%) və Norveçdən (+7%) boru kəməri ilə ixrac edilən xalis həcmlərdəki artım səviyyəsi təkan verib. Boru kəməri ilə idxal olunan xalis həcmlərdəki ən böyük artım Meksikada (+44,9%) və Fransada (+28,8%) qeydə alınıb.
  • Dünyada mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısı 1,8% artıb. İxrac həcmlərindəki artıma Avstraliya (+25.3%) və Papua-Yeni Qvineya (+104,8%) başçılıq edib və bu, Yəməndən (-77.2%) ixrac olunan həcmlərdə qeydə alınmış azalmanı kompensasiya edib. Avropa üzrə xalis LNG idxalı həcmlərinin (+15,9%) daha yüksək olması və Yaxın Şərq üzrə ixrac həcmlərinin (+93,8%) artması qismən Cənubi Koreya (-10,4%) və Yaponiyada (-4%) olan xalis idxal həcmlərindəki azalma ilə kompensasiya olunub.
  • Təbii qazın beynəlxalq alqı-satqısı dünyada istehlak həcminin 30,1%-ni təşkil edib; dünyada qaz alqı-satqısında boru kəmərlərinin payı 67,5%-ə artıb.

Digər yanacaq növləri

Kömür
  • 2015-ci ildə dünyada kömür istehlakı 1,8% azalıb və bu, 10 illik müddət üzrə illik orta artım göstəricisindən (2,1%) xeyli aşağı olub və bizim məlumat dəstimizdə ən böyük azalma faizidir (və həcm göstəricisidir). Dünyada ilkin enerji resurslarının istehlakında kömürün payı 29,2%-ə düşüb və 2005-ci ildən bu vaxtadək ən aşağı pay göstəricisidir.
  • Kömürün istehlakında xalis azalma bütövlüklə ABŞ-ın (-12,7%, dünyada həcm etibarilə ən böyük azalma) Çinin (-1,5%) payına düşür və Hindistan (+4,8%) və İndoneziyada (+15%) da qismən böyük artımlar qeydə alınıb.
  • Dünyada kömür hasilatı 4% azalıb və ən böyük azalma ABŞ-da (-10,4%), İndoneziyada (-14,4%) və Çində (-2%) qeydə alınıb.
Nüvə və su elektrik stansiyaları
  • Dünyada nüvə elektrik stansiyalarının istehsal gücü 1,3% artıb, bütün xalis artım Çinin (+28,9%) payına düşüb. Çin Cənubi Koreyanı ötərək dünyanın dördüncü ən böyük nüvə enerjisi təchizatçısına çevrilib, Aİ-nin istehsal gücü (-2,2%) isə 1992-ci ildən bu vaxtadək ən aşağı səviyyəyə düşüb
  • Nüvə enerjisi dünyada ilkin enerji resurslarının istehlakının 4,4%-ni təşkil edib.
  • Dünyada su elektrik stansiyalarının istehsal gücü orta hesabla 1%-dən az səviyyədə artıb. Su elektrik stansiyalarının istehsal gücü dünyada ilkin enerji resurslarının istehlakının 6,8%-ni təşkil edib.
  • Çində su elektrik stansiyalarının istehsal gücündə əlavə ən böyük artım (+5%) qeydə alınıb və Çin birmənalı olaraq dünyanın ən böyük su elektrik stansiyası enerjisi istehsalçılarından biri qalmaqda davam edir.
Bərpa olunan enerji mənbələri (o cümlədən külək, günəş və bioyanacaqlar)
  • Enerji istehsalında bərpa olunan enerji mənbələrinin payı 2015-ci ildə artmağa davam edib və qlobal enerji istehlakının 2,8%-nə çatıb (on il əvvəl 0,8% səviyyəsində olub).
  • Enerji istehsalında istifadə olunan bərpa olunan enerji mənbələri 15,2% artıb (və ya 213 Terra-vatt saat) və bu artım təxminən dünyadakı enerji istehsalında qeydə alınmış bütün artım səviyyəsinə bərabərdir. Bərpa olunan enerji mənbələri dünyada enerji istehsalının 6,7%-ni təşkil edib (on il əvvəl 2,0% səviyyəsində olub).
  • Enerji istehsalında bərpa olunan enerji mənbələrindən istifadə həcmində ən çox artım Çində (+20,9%) və Almaniyada (+23,5%) qeydə alınıb.
  • Dünyada külək enerjisi (+17,4%) bərpa olunan enerji mənbələri arasında ən böyük mənbə olaraq qalır (bərpa olunan enerji mənbələrindən əldə olunan enerji istehsalının 52,2%-i) və ən böyük artım Almaniyada (+53.4%) qeydə alınıb.
  • Günəş enerjisindən istifadə 32,6% artıb və Çin həm Almaniyanı, həm də ABŞ-ı geridə qoyaraq dünyanın aparıcı günəş enerjisi istehsalçısına çevrilib.
  • Dünyada bioyanacaqların istehsalı 0,9% artıb və bu, 10 illik orta göstəricidən (14,3%) xeyli aşağıdır.

Karbon emissiyaları

  • Dünyada enerji istehlakı nəticəsində havaya atılan CO2 emissiyalarının həcmi 2015-ci ildə sadəcə 0,1% artıb. 2009-cu ildə qeydə alınmış azalma istisna olmaqla, bu, 1992-ci ildən bu vaxtadək ən aşağı artım tempini göstərir. Bu tempin aşağı düşməsinə səbəb enerji istehlakında artımın nisbətən zəifləməsi, habelə yanacaq növlərinin strukturunda dəyişikliyin baş verməsi olub.
  • Region baxımından nəzər saldıqda, emissiyaların artım tempi Avropa və Avrasiya istisna olmaqla hər bir regionda orta göstəricidən aşağı olub.
  • Bu ilin hesabatında verilmiş CO2 emissiyalarına dair hesablamalar məhsul növü üzrə yanacaq istehlakının daha müfəssəl bölgüsünü, habelə yandırılmayan karbohidrogenlər üzrə yolverilən əmsalları əks etdirir. Düzəliş edilmiş metodologiyanın müfəssəl izahını aşağıdakı internet səhifəsindən əldə etmək olar: http://www.bp.com/statisticalreview.

Redaktorlar üçün qeydlər:

“BP-nin Dünya Enerjisinə dair Statistik Təhlili – 2016”  aşağıdakı internet səhifəsində verilib:
http://www.bp.com/statisticalreview

Vebsaytda sonuncu çap edilmiş buraxılışda mövcud olan bütün cədvəllər və diaqramlar, habelə bir sıra əlavə məlumatlar, o cümlədən aşağıdakılar verilib:
  • Bir çox bölmələr üçün 1965-ci ildən bu vaxtadək keçmiş statistik məlumatlar;
  • Neft, təbii qaz, su elektrik stansiyaları, nüvə enerjisi, elektrik enerjisi və bərpa olunan enerji mənbələri, habelə enerji istifadəsindən meydana çıxan CO2 emissiyaları üzrə əlavə məlumatlar;
  • Neft, təbii qaz və LNG üçün konvertasiya kalkulyatoru;
  • Diaqramlar, xəritələr və sxemlərin PDF versiyaları və PowerPoint formatındakı slaydları, o cümlədən Excel formatında məlumatlar;
  • Regionlar üzrə faktları əks etdirən cədvəllər; .
  • Videolar və çıxışlar.

Əlavə suallar üçün:

BP-nin Londondakı mətbuat xidməti: +44 (0)207 496 4076, bppress@bp.com