Azəri-Çıraq-Dərinsulu Günəşlı

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır

20 sentyabr 1994-cü il tarixində Bakıda Azərbaycan hökuməti və altı xarici ölkəni   təmsil edən 11 beynəlxalq neft şirkəti  arasında Xəzər dənizinin Azərbaycan sektorundakı üç çox mühüm neft yatğıının – Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi üçün imzalanan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS)  yeni neft strategiyasının başlanğıcını qoydu və bu strategiyanın həyata keçirilməsi ölkənin sürətlə inkişaf edərək Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevrilməsinə imkan yaratdı. 
 
Bu, Azərbaycanın dənizdə işlənmələr üzrə birinci HPBS-idir.  Müddəti 30 il olan bu HPBS qərb transmilli şirkətləri tərəfindən keçmiş Sovet İttifaqı respublikalarında yatırılan ilk mühüm sərmayə qoyuluşunu təmsil edir və ƏSRİN MÜQAVİLƏSİ kimi tanınmışdır.
Bu günədək yataq bir neçə mərhələdə işlənilib: İlkin Neft Layihısinin (İNL) bir hissəsi kimi Çıraq yatağı 1997-ci ildən bəri istismardadır. Bundan sonra, Faza 1 layihəsi kimi Mərkəzi Azəridən 2005-ci ilin əvvəllərində  hasilat başlandı. Növbəti mərhələ Faza 2 olub, bu mərhələyə 2005-cı ilin dekabrında hasilata başlayan Qərbi Azəri və 2006-cı ilin sonlarında hasilata başlayan Şərqi Azəri daxil idi. AÇG-nin növbəti işlənmə mərhələsi Faza 3 Dərinsulu Günəşlidən hasilat 2008-ci ilin aprel ayında başlanıb. 

Sonuncu mərhələ başlanmasına 2010-cu ildə sanksiya verilən Çıraq Neft Layihəsidir. Qərbi Çıraq  platforması dənizin mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılmışdır. 2014-cü il 28 yanvar tarixində Qərbi Çıraqdan hasilat başladı. Bununla da, Çıraq Neft Layihəsi başa çatmış hesab edilir.

İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birinci yarım ildə AÇG-dən ümumi hasilat gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 milyon bareldən artıq, yəni 14 milyon tondan artıq təşkil edib. 

İlk neft hasilatından bəri AÇG-dən ümumilikdə 3,2 milyard bareldən çox xam neft hasil edilib.

2017-ci ilin birinci yarısında AÇG layihəsinə təqribən 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
1970-ci illərin əvvəllərində Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən kəşf edilmiş Azəri-Çıraq-Günəşli yatağı dünya səviyyəli yataqdır. O, Bakıdan şərq istiqamətində təxminən 120 km məsafədə, suyun 120m dərinliyə malik olduğu ərazilərdə yerləşir və Xəzər dənizinin altında 2000-2500 metr dərinlikdə yerləşən bir sıra ayrı-ayrı “məhsuldar lay horizontlarından” ibarətdir.

Bu yatağın əməliyyatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.  HPBS-in ratifikasiyasından sonra 1995-ci ilin fevral ayında yaradılmış ABƏŞ əvvəlcə altı xarici ölkəni (Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını) təmsil edən  11 tərəfdaş şirkətdən (BP, Amoko, Yunokal, LUKoyl, Statoyl, Ekson, TPAO, Pennzoyl, MakDermott, Ramko, Delta Nimir) ibarət idi. Həmin tərəfdaş şirkətlərin sırasına BP şirkəti daxildir və onun ən böyük səhmdarıdır.
 
ACG üzrə səhmdarlar və  onların hazırki iştirak payları aşağıda  qeyd edilmişdir.

AÇG yatağı 6 hasilat platformasından (Çıraq 1, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq) və ən müasir texnologiyalarla təchiz edilmiş 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat  platformasından ibarət olan kompleksə malikdir. Dənizdəki qurğulardan dünyanın ən böyük və ən səmərəli terminallarından biri olan və gündə 1,2 milyon barelədək nefti qəbul və emal etmək iqtidarında olan Səngəçal terminalına neft nəql etmək üçün Xəzər dənizinin dibi ilə mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi çəkilib.

ACG ÜZRƏ TƏRƏFDAŞLARIMIZ

30.37%

25.0%

9.57%

9.31%

7.27%

6.79%

5.73%

3.65%

2.31%