Şahdəniz Mərhələ 2

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layıhədir.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır.  Bundan sonra  əlavə kəmər sistemləri Cənub Qaz  dəhlizi  marşrutu üzrə 6 milyard kub metr qazı  Türkiyəyə,  əlavə 10 milyard kub  metr qazı  isə Avropadakı  bazarlara çatdıracaq.  Şah Dəniz  qazı 2500 metr  hündürlüyə qalxaraq  və dəniz  dibində  800metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək.

Üzr istəyirik, bu videoya baxmaq üçün siz "Javascipt"i aktivləşdirməlisiniz.

Video yüklənir

Lütfən gözləyin...

Şahdəniz 2 layihəsi üzrə işlərin gedişi

Şahdəniz Mərhələ 2 üzrə cari konsepsiyaya aşağıdakılar daxildir:
  • körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi.
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması.
  • quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası.
  • dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi
  • yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi.
2017-ci ilin üçüncü rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 97%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.  

Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir.

Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində  Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir. Artıq dənizdə Şahdəniz yatağı ərazisində  olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

Sentyabr ayının 15-də Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan ikincisinin - Hasilat və Dikborular platformasının da üst modulları yola salındı və dənizdə quraşdırıldı. Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modulları təhlükəsiz şəkildə və uğurla dənizə yola salınmış və dayaq blokunun üzərinə quraşdırılmışdı.

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular  platformasının üst tikililəri Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən yola salındı. Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlandı. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış Hasilat və Dikborular  platforması dayaq blokunun üzərindədir.

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.